Tarix fənn
birləşməsi mütəmadi olaraq öz iclaslarını keçirilir. Tarix
müəllimlərinin tarix, Azərbaycan tarixi, Azərbaycan Respublikasının
Konstitusiyası və insan və cəmiyyət fənni üzrə proqramlar
metodbirləşmə iclasında müzakirə edilir. Müəllimlərə yenilik
və əlavələr barədə məlumatlar verilir, liseydə keçirilən test
yoxlamaları ilə bağlı tərtib edilmiş materialları müzakirə
edir, imtahan biletləri hazırlanır.
Liseyin “Tarix” divar qəzetində yeni, eyni
zamanda, maraqlı məlumatlar dövri olaraq işıqlandırılır.
Tarix müəllimləri pedaqoji mühazirələrin
rayon, şəhər və respublika turlarında iştirak edərək diplomlara
layiq görülmüşdür. Təşkilati plana uyğun olaraq açıq və qarşılıqlı
dərs dinləmələri, eyni zamanda, inteqrasiyalı dərslərin keçirilməsi
rəhbərlik tərəfindən hər il təşkil edilir. Hər bir açıq dərs
müzakirə edilir. Tarix fənninin tədrisində interaktiv təlim
metodrarından geniş istifadə edilir. Liseydə altı tarix müəllimi
çalışır və onların elmi metodik hazırlıq sahəsində işlər plana
uyğun aparılır.
Metodbirləşmənin nəzdində fəaliyyət göstərən
Debat Klubu liseydə 1999-ci ildən fəaliyyət göstərir. Karl
Popper formatı ilə keçirilən bir sıra turnirlərdə liseyimizin
şagirdləri debat üzrə qalib olub. Azərbaycanı komanda şəklində
2000-ci ildə Polşada, 2003-cü ildə Slovakiyada və 2006-cı
ildə Rumıniyada təmsil ediblər. Liseyin komandası bu cür turnirlərdə
Azərbaycanı xarici ölkələrdə təmsil edən ilk komanda olmuşdur.
Hal-hazırda lisey şagirdləri Bakı və Azərbaycan üzrə azərbaycan,
rus və ingilis dillərində keçirilən turnirlərdə müvəffəqiyyətlə
çıxış edirlər.
Hacıyeva Arzu Hümbət qızı
– 1993-cü ildə ADPU-nun tarix fakültəsini fərqlənmə diplomu
ilə bitirmişdir. Təyinatla Qaradağ rayonunun 273 saylı orta
məktəbinə işə göndərilmişdir. O, burada 5 il tarix müəllimi
vəzifəsində işləmiş, eyni zamanda Bakı Sosial İdarəetmə və
Politologiya İnstitutunun Ümumi tarix kafedrasının metodik
kabinetinin müdiri vəzifəsində işləmişdir. AMEA-nın Azərbaycan
Tarixi İnstitutunun dissertantdır.
1998-ci ildən BSU Humanitar Liseyində tarix müəllimi işləyir.
Əmənova Ülkər Mənsim qızı —
1999-cu ildə Lənkəran Dövlət Universitetinin tarix fakültəsini
bitirmiş, elə həmin ildən də Bakı Slavyan Universitetinin
Humanitar liseyində işləyir. Dəfələrlə pedaqoji mühazirələrin
rayon və şəhər turunda iştirak etmiş və diplomlara layiq görülmüşdür.
Musayev İsaməddin Qulu oğlu
— Sankt-Peterburq Dövlət Universitetini fərqlənmə diplomu
ilə bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Ümumu tarix kafedrasının müəllimidir. 1998-ci ildən BSU Humanitar
liseyində işləyir.
ADPU-nun dissertantıdır, bir çox elmi məqalə və tezisin müəllifidir.