1.
Проза М.Ю.Лермонтова в азербайдъанском литературоведении
и переводах, Баку, Мутардъим, 1995, 114 с.
Filologiya fakültəsinin tələbələri
üçün yazılmış bu dərs vəsaiti böyük rus şairi M.Y.Lermontovun
nəsr əsərlərinin dilimizə tərcüməsi problemlərinə və
onun nəsr əsərlərinin, o cümlədən «Zəmanəmizin qəhrəmanı»
romanının, ədəbiyyatşünaslığımızda təhlilinə həsr edilmişdir.
2.
М.Ю.Лермонтов. Очерк творчества, Баку, Азербайдъанская
государственная книъная палата, 1997, 76 с. с ил.
Kitabda rus şairinin yaradıcılıq yolu
izlənilir, onun şeir və poemaları, nəsr və dram əsərləri
analiz edilir.
3.
Древняя Русь и тюрки в летописях, воинских и исторических
повествованиях, Баку, Азербайдъанская государственная
энциклопедия, Баку, 2002, 256 с.
Bu monoqrafiyada 10-14-cü əsrlər qədim
rus ədəbiyyatı abidələrində türk motivləri tədqiq edilir.
Qədim rus ədəbiyyatının qıpçaq (poloves) və monqol-tatar
dövrləri geniş şəkildə araşdırılır.
4.
Тюркские элементы в русской литературе 15-17 веков,
Москва, ИКАР (Гос. ин. рус. яз. им. А.С.Пушкина), 2003,
112 с. Эта книга издана и в Баку.
Monoqrafiyada 15-17-ci əsrlər rus ədəbiyyatı
abidələrində türk motivləri tədqiq edilir, Moskva Rusunun
Osmanlı Türkiyəsi, Səfəvilər dövləti, Krım və Kazan
xanlıqları ilə münasibətləri səyahətnamələr, hərbi və
tarixi povestlər, səfir povestləri, ədəbi-tarixi məcmuələr
əsasında nəzərdən keçirilir.
5.
Славяно-тюркские связи в литературе Древней Руси, Баку,
Китаб алеми, 2003, 288 с.
Müəllifin doktorluq dissertasiyası
əsasında yazılmış bu monoqrafiya çoxəsrlik slavyan-türk
əlaqələrinin təsnifatını, bu etnos və xalqların hərbi-siyasi,
mədəni-iqtisadi, dini-əxlaqi və insani münasibətlərini
əks etdirir.
6.
Сборник контрольных работ для 2-11 классов азербайдъанских
школ Азербайдъана, Баку, Мутардъим, 2005.
Dosent M.Qiyasbəyli ilə birgə tərtib
olunmuş bu məcmuəyə müxtəlif yoxlama yazı işi nümunələri
toplanmışdır. Tədris vəsaiti yeni tədris standartları,
tədris proqramları və dərsliklərin məzmununa uyğun tərtib
olunmuşdur.
7.
Литература. Учебник-хрестоматия для VII класса, Баку,
ХХI яср Йени няшрляр еви, 2006, 214 с.
Azərbaycanda fəaliyyət göstərən rusdilli
məktəblərin VII sinifləri üçün dos. İlahə Carçıyeva
və Rəna İsayeva ilə birgə tərtib olunmuş dərslik-müntəxəbat
yeni tədris standartları və proqramları əsasında yazılmışdır.
8.
Литература. Учебник-хрестоматия для VIII класса, Баку,
ХХI яср Йени няшрляр еви, 2006, 214 с.
Azərbaycanda fəaliyyət göstərən rusdilli
məktəblərin VIII sinifləri üçün prof. Asif Hacıyev,
dos. İlahə Carçıyeva və Rəna İsayeva ilə birgə tərtib
olunmuş dərslik-müntəxəbat yeni tədris standartları
və proqramları əsasında yazılmışdır.
9.
Məktəblinin ədəbiyyat lüğəti, Bakı, Ayna Mətbu Evi,
2007, 220 səh.
Bakı Slavyan Universitetinin dos. Şəhla
Əhmədova və baş müəllimi Çimnaz Məmmədova ilə birgə
yazılmış bu tədris vəsaiti məktəblilər və gənclər üçün
tərtib olunmuş lüğətlər seriyasına daxildir. Burada
əsasən məktəb proqramı və abituriyentlər üçün proqrama
düşən tədris materialları, ədəbiyyatşünaslıq termin
və anlayışları toplanmışdır.
Orta məktəb proqarmına daxil olan əsas
fənlər üzrə tədris materiallarını və gənclərin maraq
dairəsinə uyğun gələn, dünyagörüşünün formalaşmasına
xidmət edəcək məfhum, anlayış və terminləri əhatə bu
multimediya komponentli orijinal vəsait müxtəlif fənlər
üzrə nəşr olunmuş lüğətlərin məcmusu halında çap edilmişdir.
Lüğəti tanınmış alim-metodistlər, müəllimlər kollektivi
tərtib etmişdir.
11.
Qədim rus ədəbiyyatı. Ali məktəblər üçün dərslik, Bakı,
Mütərcim, 2008, 112 s.
Dərslik Bakı Slavyan Universitetinin
pedaqoji fakültəsinin tələbələri üçün yazılmışdır. Burada
bakalavr və magistr pillələrində öyrədilən Qədim Rus
ədəbi abidələrinin, o cümlədən türk mövzusunu əks etdirən
əsərlərin təhlilinə üstünlük verilir.