|
İslam
və elm
Fəttah Fəttayev. İslam və elm - Bakı: Mütərcim, 2003.
- 112 s. :ill.
Kitabda
müsəlman alimlərinin dünya elminə verdikləri töhfələr,
İslamın Avropaya təsiri tarixi faktlarla açıqlanır,
İslam dininin elmə münasibəti, Qurani-Kərimin ecazkarlıq
meyarları, Quranın elmi ayələri haqqında məlumat verilir,
elm və dinin vəhdəti elmi şəkildə əsaslandırılır. Kitaba
həmçinin dünya alimlərinin İslam və Qurani-Kərim haqqında
fikirləri, Quranın möcüzəvi bir kitab olduğunu təsdiqləyən
faktlar da daxil edilmişdir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
|
|
Fizika
- 7
M.Ə.Kazımov, H.Q.Qasımov, F.M.Fəttayev. Fizika (VII
siniflər üçün dərslik) Bakı, Mütərcim, 2003. – 112 s.
:ill
Dərslik Təhsil Nazirliyinin VII siniflər
üçün təsdiq etdiyi proqrama uyğun şəkildə yazılmışdır.
Proqramın tələblərinə uyğun olaraq məkan və zamamn ilkin
fəlsəfi anlayışlar kimi formalaşmasına, kainatın daim
hərəkətdə olan materiyadan ibarət îlması və hadisələrin
pərakəndə deyil, müəyyən qanunauyğunluqla baş verməsi
və s. məsələlərə elmi-metodik cəhətdən yanaşılmışdır.
Dərslikdə Dunya və Azərbaycan fizikləri haqqında geniş
material verilmiş, fizika elminin digər təbiət elmləri
arasındakı çəkisi àşkar gostərilmisdir. Nəzəri materialların
daha yaxşı mənimsənilməsi uçun onların tətbiq sahələri
haqqında geniş məlumat verilir. Dərslikdə sərbəst is
üçün təcrübi tapşırıqlar təklif olunur ki, bu da nəzəriyyə
ilə praktikanı əlaqələndirməyə, müstəqil əqli nəticə
çıxarmağa imkan verir.
Şagirdlərin işini asanlaşdırmaq məqsədilə proqrama uygun
olaraq hər bir movzu planlı şəkildə şərh olunur və bu
prinsip bütün mövzuların şərhində gözlənilir. Dərslikdə
müəllimlərin interaktiv təlim metodlarından istifadə
etmələri uçun də lazımi materiallar verilmişdir.
Vəsait orta ümumtəhsil məktəblərinin VII sinifləri üçün
nəzərdə tutulmuşdur.
|
|
Fizika
F.M.Fəttayev, H.Q.Qasımov, M.Ə.Kazımov. Fizika – vahidlər,
cihazlar, sabitlər, düsturlar (abituriyentlər üçün vəsait).
– Bakı: Mütərcim, 2004. – 64 s. :ill.
Vəsaitdə orta məktəbin ümumi fizika
kursunu əhatə edən düsturlar, fiziki kəmiyyətlərin vahidləri,
fiziki cihaz və qurğular, onların ölçdüyü kəmiyyət,
iş prinsipi və şərti işarəsi, sabit kəmiyyətlər, onların
fiziki mənası və ədədi qiymətləri verilmişdir.
Kitab abituriyentlər üçün nəzərdə tutulmuşdur. Vəsaitdən
həmçinin yuxarı sinif şagirdləri və müəllimlər də istifadə
edə bilərlər.
|
|
HƏNDƏSƏ
F.M. Fəttayev, H.Q. Qasımov, M.Ə. Kazımov. Həndəsə (abituriyentlər
üçün vəsait). – Bakı: Mütərcim, 2005. – 136 s.
Vəsait ali məktəblərə qəbul proqramları
əsasında hazırlanmışdır. Kitabda əsas məqsəd qısa müddət
ərzində həndəsi biliklərə yiyələnmək istəyənlərin ehtiyaclarını
ödəmək olduğundan, həndəsə fənni üzrə ümumi kursun materialları
yığcam və ardıcıl şəkildə, isbatsız və əlavə şərhlərə
çox da yer verilmədən şərh olunmuşdur. Ali məktəblərə
qəbul imtahanlarında istifadə olunan, digər vəsaitlərdə
ötəri bəhs olunan bir çox məsələlər vəsaitdə öz əksini
tapmışdır. Bu baxımdan da, vəsait ali məktəblərə qəbul
imtahanlarına hazırlaşanlar üçün qiymətlidir.
Kitab abituriyentlər üçün nəzərdə tutulmuşdur. Vəsaitdən
həmçinin orta məktəb şagirdləri və müəllimlər də istifadə
edə bilərlər.
|
|
Həndəsə
- 7
F.M. Fəttayev. Həndəsə (VII siniflər üçün dərs vəsaiti).
– Bakı: Mütərcim, 2005. – 132 səh.
Vəsait orta ümumtəhsil məktəblərinin
VII sinif proqramına uyğun hazırlanmışdır və iki hissədən
ibarətdir: I hissədə həndəsə fənni üzrə VII sinif kursunun
materialları yığcam və ardıcıl şəkildə, isbatsız və
əlavə şərhlərə çox da yer verilmədən şərh olunmuşdur.
II hissədə nəzəri bilikləri tətbiq etmək və onları möhkəmləndirmək
üçün testlər verilmişdir. Testlər fəsillər üzrə və “sadədən
mürəkkəbə” doğru prinsipi ilə düzülmüşdür.
Vəsait orta məktəb və liseylərin VII sinifləri və abituriyentlər
üçün nəzərdə tutulmuşdur.
|
|
HƏNDƏSƏ
- 8
F.M. Fəttayev. Həndəsə (VIII siniflər üçün dərs vəsaiti).
– Bakı: Mütərcim, 2005. – 176 səh.
Vəsait orta ümumtəhsil məktəblərinin
VIII sinif proqramına uyğun hazırlanmışdır və iki hissədən
ibarətdir: I hissədə həndəsə fənni üzrə VIII sinif kursunun
materialları yığcam və ardıcıl şəkildə, isbatsız və
əlavə şərhlərə çox da yer verilmədən şərh olunur. Bu
hissədə həmçinin yeni mövzuların öyrənilməsində vacib
olan və VII sinifdə öyrənilmiş bəzi mövzular da təkrar
edilmişdir. II hissədə nəzəri bilikləri tətbiq etmək
və onları möhkəmləndirmək üçün testlər verilmişdir.
Testlər 3 variantdan ibarət olmaqla fəsillər üzrə, proqrama
uyğun ardıcıllıqla düzülmüşdür. I variant sinif işi,
II variant ev tapşırığı, III variant isə müstəqil iş
üçün tövsiyə edilir.
Vəsait orta məktəb və liseylərin VIII sinifləri və abituriyentlər
üçün nəzərdə tutulmuşdur.
|

MƏNTİQ TESTLƏRİ
F.M.Fəttayev, G.N.Babayeva. Məntiq testləri. Dərs vəsaiti. I hissə. – Bakı: Mütərcim, 2010. -138 s.
Vəsait lisey şagirdləri, xaricdə təhsil almaq istəyənlər, ali məktəblərin magistratura pilləsinə və dövlət qulluğuna işə qəbul imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulmuşdur.
|
|
|