Metodbirləşmə
sədri: Zeynalzadə Mehriban Musa qızı
Kimya-biologiya
fənn metodbirləşməsində 5 nəfər müəllim fəaliyyət göstərir.
Kimya-biologiya fənn metodbirləşmə iclaslarında
fənlər üzrə tədris proqramları, təqvim planları, təlimin yeni
metodlarının tətbiqi məsələləri, təlimin keyfiyyəti, qiymətləndirmə,
şagird-müəllim münasibətləri və digər məsələlər müzakirə olunur.
Vaxtaşırı olaraq açıq dərslər, qarşılıqlı dərs dinləmələri
təşkil olunur və geniş müzakirə edilir. Müəllimlər dərslərdə
müasir təlim metodlarından məqsədyönlü şəkildə istifadə edirlər.
Şagirdlərdə kimya fənninə maraq oyatmaq məqsədi ilə bir sıra
işlər görülür. Belə ki, praktik işlərin keçirilməsi, şagirdlərin
olimpiadalara hazırlaşması, müxtəlif tədbirlərrin keçirilməsində
metodbirləşmə ardıcıl proqramla işləyir.
Kimya və biologiya müəllimləri liseydaxili
və liseydənkənar tədbirlərdə fəal iştirak edirlər. Kimya müəllimi
Quliyeva Məhin 2004-cü ildə Bakı şəhəri üzrə “İlin ən yaxşı
müəllimi” müsabiqəsində I yeri, biologiya müəllimi Rüstəmova
Gülnar “Təlimdə müasir yanaşmaların təşəkkülü ili” nin davamı
tədbirlər çərçivəsində keçirilən pedaqoji mühazirələrin müsabiqəsində
I yeri tutmuşlar.
Metodbirləşmə üzvləri Təhsil Nazirliyinin
xətti ilə keçirilən müxtəlif tədbirlərdə, TQDK-nın keçirdiyi
seminarlarda iştirak edirlər.
Zeynalzadə Mehriban (kimya)
– 1990-cı ildə BDU-nun kimya fakültəsini bitirmişdir. Əmək
fəaliyyətinə Ümumittifaq əhəmiyyətli «Olefinlər» Elmi-tədqiqat
İnstitutunda kiçik elmi işçi vəzifəsi ilə başlamışdır. 2000-ci
ildən BSU humanitar liseyində kimya müəllimi işləyir. Müasir
və klassik təlim metodlardan istifadə edir. TQDK-nın təşkil
etdiyi seminarlarda mütəmadi olaraq iştirak edir.
Əliyeva Leyla (biologiya) –
2000-ci ildə BDU-nun biologiya fakültəsini bitirmişdir. 6
il pedaqoji stajı var. Klassik təlim metodlarına daha çox
üstünlük verir. Vaxtaşırı müasir təlim metodlarından istifadə
edir.
Rüstəmova Gülnar (biologiya) –
1996-cı ildə APU-nun biologiya fakültəsini bitirmişdir. 7
il pedaqoji stajı var. İnteraktiv təlim metodlarından bütün
dərslərdə istifadə edir. Bir sıra beynəlxalq və respublika
əhəmiyyətli layihələrdə iştirak edir.