Kafedralar: Fizika-riyaziyyat |
|
Kafedra müdiri : Fəttah Fəttayev
E-mail:
fattah@mail.ru
Telefon: (050) 280 09 79 (mob.)
Metodbirləşmə
iclaslarında proqram materialları, təqvim planları, sistematik
kursların, fakültativ məşğələlərin proqramları müzakirə olunur.
Fənlərin tədrisi zamanı qarşıya çıxa biləcək problemli məsələlərin
həlli istiqamətində iş aparılır.
Açıq dərslər, qarşılıqlı dərs dinləmələri
təşkil olunur və metodbirləşmə iclaslarında müzakirələr aparılır.
Yarımillik və illik test tapşırıqlarının hazırlanmasının əsas
prinsipləri müəyyənləşdirilir.
Metodbirləşmə fizika-riyaziyyat fənlərinə
şagirdlərin marağını artırmaq, onların dünyagörüşünü, riyazi
təfəkkürünü inkişaf etdirmək üçün müxtəlif tədbirlər – viktorinalar,
riyaziyyat gecələri və s. təşkil edir. Fənn metodbirləşməsinin
aylıq bülleteni çıxır.
Metodbirləşmə öz işini lisey rəhbərliyi tərəfindən
təsdiq olunmuş iş planı əsasında qurur. Müəllimlər müasir
təlim metodlarından istifadə etməklə tədrisin keyfiyyətinin
yaxşılaşdırılmasına çalışırlar. Onlar interaktiv təlim metodlarına
üstünlük verir, şagirdlərin fəallığını maksimum təmin etməyə
çalışırlar. Bunun nəticəsi olaraq fizika-riyaziyyat fənləri
şagirdlər tərəfindən maraqla qarşılanır və sevilir. Şagirdlərimiz
müxtəlif müsabiqələrdə, fənn olimpiadalarında, şagird elmi
cəmiyyətində uğurla iştirak edirlər.
Müəllimlər pedaqoji fəaliyyətlə yanaşı həm
də elmi yaradıcılıqla məşğul olurlar. Onlar müxtəlif dərslik
və dərs vəsaitləri hazırlayır, konfrans və müsabiqələrdə iştirak
edir, mətbuatda elmi və elmi-kütləvi məqalələrlə çıxış edirlər.
Buna misal olaraq F.Fəttayevin “Fizika-7”, “Həndəsə”, “Fizika
düsturları”, “Həndəsə – 7”, “Həndəsə – 8”, R.Şahbazovun “Fizika
kursunda fəlsəfi məsələlər” kitablarını, A.Məmmədovanın “Riyaziyyat
dərslərində biliklərin yoxlanması və qiymətləndirilməsinə
psixoloji yanaşmanın problemləri” mövzusunda pedaqoji mühazirəsini,
İ.İbrahimovanın “İkinci tərtib parabolik tənliklər”, G.Babayevanın
“Üçüncü tərtib psevdo parabolik tənliklər üçün qarışıq məsələlərin
həlli” məqalələrini göstərmək olar.
Metodbirləşmə üzvləri dəfələrlə pedaqoji
mühazirələrdə iştirak etmiş, rayon və respublika turlarında
yüksək yerlər tutmuşlar.
Metodbirləşmə üzvləri tədris zamanı TQDK-nın
vəsait və testlərindən istifadə edir, şagirdlərin qəbul imtahanlarında
yüksək bal toplamasına çalışırlar.
Metodbirləşmənin üzvləri:
Fəttayev Fəttah Müştəba oğlu –
1992-ci ildə Azərbaycan Pedaqoji Universitetini fərqlənmə
diplomu ilə bitirmiş, həmin ildən pedaqoji fəaliyyətə başlamışdır.
1998-ci ildə ABPK İA və YH İnstitutunu bitirərək ikinci ali
təhsilini almışdır. 1997-ci ildən BSU Humanitar liseyində
riyaziyyat-informatika müəllimi vəzifəsində işləyir, fizika-riyaziyyat
metodbirləşməsinin rəhbəridir.
Şahbazov Rafət Məmmədəli oğlu
– 1992-ci ildə Azərbaycan Pedaqoji Universitetinin fizika
fakültəsini, 1999-cu ildə ABPK İA və YH İnstitutunun psixologiya
fakültəsini bitirmişdir. 1998-ci ildən BSU-nun Humanitar liseyində
işləyir, liseyin təlim-tərbiyə işləri üzrə direktor müavinidir.
Məmmədova Ana Ağa qızı –
1979-cu ildə S.Kirov adına ADU-nun mexanika-riyaziyyat fakültəsinə
daxil olmuş və 1984-cü ildə həmin universiteti bitirmişdir.
2003-cü ildən BSU-nun riyaziyyat və informatika kafedrasında,
2004-cü ildən isə BSU-nun Humanitar liseyində riyaziyyat müəllimi
işləyir.
Babayeva Gülnaz Nəriman qızı –
1998-ci ildə BDU-nun mexanika-riyaziyyat fakültəsinə daxil
olmuş və 2002-ci ildə bu fakültənin bakalavr təhsil pilləsini
fərqlənmə diplomu ilə bitirmiş və həmin ildə magistratura
təhsil pilləsində təhsilini davam etdirmişdir. 2004-cü ildə
bu təhsil pilləsini də fərqlənmə diplomu ilə bitirmişdir.
2005-ci ildən BSU-nun Humanitar liseyində riyaziyyat müəllimi
kimi çalışır.
İbrahimova İradə Sultan qızı
– S.Kirov adına ADU-nun mexanika-riyaziyyat fakültəsini bitirmiş
və Elmlər Akademiyasında hesablama mərkəzində proqramist vəzifəsində
çalışmışdır. Sonra isə BSU-nun riyaziyyat və informatika kafedrasında
müəllimlik vəzifəsinə başlamışdır. Hal-hazırda həm BSU-da,
həm də BSU-nun Humanitar liseyində riyaziyyat müəllimi kimi
fəaliyyət göstərir.
Moiseyeva Yuliya Pavlovna
– 1991-ci ildə S.Kirov adına BDU-nun mexanika-riyaziyyat fakültəsinə
daxil olmuş və 1996-cı ildə həmin fakültəni bitirmişdir. 1997-ci
ildən BSU-nun Humanitar liseyində riyaziyyat müəllimi kimi
işləyir.
Eyvazova Sitarə Mahir qızı – 2003-cü ildə BDU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 2007-ci ildə həmin fakültəni bitirmişdir. 2007-ci ildən BSU-nun Humanitar liseyində riyaziyyat müəllimi işləyir.
Zelenkova Yelena Anatoluyevna – 1993-cü ildə BDU-nun fizika fakültəsinə daxil olmuş və 2000-2003-cü ildə AMEA-da aspiranturada təhsilini davam etdirmişdir. 2007-ci ildən BSU-nun Humanitar liseyində fizika müəllimi kimi işləyir. Əsas iş yeri AMEA Radiasiya Problemləri İnstitutudur.
|