Carçıyeva
İlahə Maksim qızı (direktor)
filologiya
elmləri namizədi, dosent
1964-cü ildə Qazax şəhərində anadan olmuşdur. Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Bakı Slavyan Universitetinin (əvvəlki M.F.Axundov adına APRDƏİ) sovet ədəbiyyatı kafedrasında laborant
vəzifəsinə qəbul edilmişdir. 1989-cu ildə əyani aspiranturaya daxil olmuş, 1994-cü ildə aspiranturanı bitirdikdən
sonra XX əsr rus ədəbiyyatı kafedrasına müəllim vəzifəsində işləməyə
başlamışdır. 1994-cü ildə “Hüseyn Cavidin pyesləri rus tərcümələrində” adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 1996-cı ildə XX əsr rus ədəbiyyatı
kafedrasında baş müəllim, 2001-ci ildə isə dosent vəzifəsinə keçirilmiş,
2008-ci ildə dosent elmi adına layiq görülmüşdür. 1999-cu ildən etibarən həm də Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksində (əvvəlki BSU Humanitar liseyi) rus dili
və ədəbiyyat müəllimi vəzifəsində çalışmışdır. 2003-cü ildən rus ədəbiyyatı
tarixi kafedrasında 0.5 şt.v. əvəzçi dosent vəzifəsində qalmaqla Məktəb-Lisey Kompleksində rus dili və ədəbiyyat müəllimi və fənn
metodbirləşmə sədri (kafedra müdiri) kimi fəaliyyətimi davam etdirmişdir.
2009-cu ildə Respublika Prezidentinin
sərəncamı ilə keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuş,
2013-cü ildə isə Moskvada keçirilən “Xarici ölkələrin ən yaxşı dil və ədəbiyyat
müəllimi” Beynəlxalq müsabiqəsində “Xaricdə rus dili və ədəbiyyatının təbliği”
nominasiyasının qalibi kimi diplom və qızıl döş nişanına layiq görülmüşdür.
Tədris rus dilində aparılan Azərbaycan
məktəbləri üçün “Ədəbiyyat” dərslikləri (7, 8, 11-ci siniflər) və proqramın
həmmüəllifi, ali məktəb tələbələri üçün rus ədəbiyyatı tarixinə dair dərslik
vəsaitlərinin, ədəbiyyat tarixi, ədəbi əlaqələr, rus dili və ədəbiyyatının tədrisi
metodikasına həsr olunmuş 50-yə yaxın elmi məqalənin müəllifidir. 2008-ci ildə Moskvada
keçirilən XII Beynəlxalq Rus Dili Olimpiadasında Azərbaycan məktəbliləri
qrupuna rəhbərlik etmişdir.
Xaricdə keçirilmiş bir sıra beynəlxalq konfrans, seminar-treninq və ixtisasartırma kurslarının (Moskva,
Sankt-Peterburq, London) iştirakçısı olmuşdur.
Ailəlidir, üç uşaq anasıdır.
2014-cü ilin may ayında BSU
Məktəb-lisey kompleksinin direktoru vəzifəsinə təyin olunmuşdur.
E-mail: ilaha2008@mail.ru
|