Bakı Slavyan Universitetinin Humanitar Liseyi  

Azərbaycan
English

Русский

www.bsuhl.edu.az


Baş səhifə
Direktorluq
Metodbirləşmələr
Müəllimlərimiz
Nəşrlər
Məqalələr
Tədbirlər
Uğurlarımız
Beynəlxalq əlaqələr
Kompleksə qəbul
Dərnəklər
Foto albom
Qaynar xətt
Xəbərlər

 

 

 

 

Xəbərlər

BSU Məktəb-Lisey Kompleksinin şagirdləri Beynəlxalq
olimpiadada fərqləndilər
(Respublika mətbuatı şagirdlərimizin bu ugurunu öz səhifələrində işıqlandırdılar)
MƏQALƏNİ OXU.............

______________________

MƏZUNLARLA GÖRÜŞ

15 fevral 2012-ci il tarixdə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində X-XI sinif şagirdlərinin Kompleksin məzunları ilə görüşü keçirildi. Görüşdə artıq Respublikamızın müxtəlif Universitetlərinin və xarici universitetlərin tələbəsi olan məzunlar öz təəssüratları ilə bölüşdülər, məktəb xatirələrini yada saldılar, şagirdlərin suallarını cavablandırdılar. Bu ilin məzunları olacaq XI sinif şagirdləri və qonaqlar bir sıra məsələlər üzrə fikir mübadiləsi apardılar.
Qonaqlar arasında Bakı Slavyan Universitetinə qəbul olunmuş məzunlar da var idi. Onlar Universitet haqqında, ayrı-ayrı fakültələr haqqında XI sinif şagirdlərinə ətraflı məlumat verdilər. 

Sonda onbirincilər musiqi nömrələri ilə çıxış etdilər.

 

 

______________________

TƏBRİK EDİRİK!

Əliyeva Laləzar Həsən qızı 30.01.1952-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1972-1979-cu illər ərzində Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Biologiya-coğrafiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə işə 03.08.1969-cu ildən başlayıb. Hal-hazırda Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksində coğrafiya müəllimi işləyir. Gənc nəslin tərbiyəsi və yetişdirilməsində Laləzar xanımın zəhməti olmuşdur. Biz Kompleksin müəllim və şagird kollektivi Laləzar xanımı 60 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir və ona təhsil fəaliyyətində uğurlar arzu edirik.

 

______________________

В Москве прошел IV Кубок мира
по решению шаxматных задач и этюдов

В рамках международного шахматного фестиваля "Moscow Open"  под эгидой ФИДЕ и международного проекта "Шахматная композиция" прошел IV Кубок мира по решению шаxматных задач и этюдов c призовым фондом 150.000 рублей или 5000 USD.  В нем приняли участие 37 решателей из России, Украины, Беларуси, Азербайджана, Польши и Армении.
Директор турнира Александр Феоктистов предложил участникам для решения как опубликованные, так и оригинальные композиции.
Кубок мира, как всегда, проходил два дня и состоял из четырех туров. В каждом туре участникам кубка  было предложено 6 заданий, которые должны были быть решены в течение 90 минут.
В результате упорной борьбы первое место завоевал Георгий Евсеев (Россия) – 88,5 очка из 120 возможных; на втором – Евгений Викторов (Россия) – 72,25 очка; третий результат показал Петр Мурдзя (Польша) – 71,5 очка. Четвертое место занял наш соотечественник Рамиль Джавадов – 68,3 очка, который улучшил свой прошлогодний  результат (5 место – 10.000 рублей), получив 20.000 рублей. Призовой ряд замкнул Анатолий Мукосеев (Россия), заняв  пятое место – 67,8 очков. Лучший результат среди юниоров у Заура Маммадова (Азербайджан) – 52 очка. Лучший женский результат  у Ани Былинкиной – 31,6 очка.
В Кубке участвовал и преподаватель Образовательного Комплекса Школа-Лицей Бакинского славянского университета, руководитель кружка «Академия шахматных композиций», мастер спорта, 9-ый чемпион Азербайджана Агшин Масимов, который, улучшив свой прошлогодний результат (21 место среди 29 участников – 49 очков), занял среди 37 участников 17-е место – 50,1 очка,

______________________

BSU Məktəb-Lisey Kompleksinin şagirdləri Beynəlxalq
olimpiadada fərqləndilər


Yanvarın 22-dən 25-dək Kiyevdə, Slavistika Universitetində təşkil olunmuş məktəblilər arasında V Beynəlxalq olimpiadaya  BSU Məktəb-Lisey Kompleksinin şagirdləri də dəvət almışdılar. Bu ilki Beynəlxalq olimpiadaya Azərbaycan məktəbliləri ilə yanaşı, Polşa, gRusiya, Ukrayna, Belarus və Çexiya məktəblərinin şagirdləri də qatılmışdılar. Ümumdünya tarixi, rus dili və ədəbiyyatı, jurnalistika üzrə təşkil edilmiş bilik yarışında 5 nəfər şagirdimizdən 1 nəfəri ümumdünya tarixi üzrə I yerə (XI sinif şagirdi Abdullazadə Fürqan), digər 4 nəfər şagirdimiz isə (XI sinif şagirdi Səlimov Azad, X sinif şagirdləri Sadıqova Natella, Şeyxov Eldar, Abdullazadə Rəhilə) ayrı-ayrı istiqamətlər üzrə II dərəcəli diplomlara layiq görülüblər.

Təlim rus dilində olan Azərbaycan məktəbində oxuyan şagirdlərin rus dilində nitqi və məntiqi cavabları xüsusilə rusiyalı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Beynəlxalq olimpiadada iştirak edən şagirdləri Kompleksin rus dili müəllimi Hacıyeva Xədicə ilə yanaşı, valideyn komitəsinin iki nəfər üzvü də müşaiyət etmişdir.

20 Yanvar Şəhidləri yad edildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23 dekabr 2011-ci il tarixli 2159 saylı əmrilə təstiqlənmiş “20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı”na və Bakı Slavyan unievrsiteti rektorunun 06 yanvar 2012-ci il tarixli 44 saylı əmrinə əsasən BSU Məktəb-Lisey Kompleksində 16-19 yanvar tarixlərində 20 Yanvar faciəsində həlak olanların xatirəsi yad edilib.
Kompleksin müəllim və şagirdləri Şəhidlər Xiyabanına ziyarət etmiş, Qanlı Yanvar faciəsinə həsr olunmuş dərslər keçirilib. Tədris korpusunun birinci mərtəbəsində şəhidlərə həsr edilmiş fotostend, rəsm və kitab sərgisi, akt zalında isə sinif divar qəzetlərinin xüsusi buraxılışlarından ibarət guşə təşkil edilmişdir. Bunlarla yanaşı “Qanlı Yanvar” adlı ədəbi kompozisiya təşkil olunub. Beşincilərin iştirakı ilə kitabxananın oxu zalında 20 Yanvar şəhidlərinə həsr edilmiş şeir müsabiqəsi də maraqla qarşılandı. Müəllimlər həftə ərzində şagirdlərlə sinif-sinif Şəhidlər Xiyabanını ziyarət ediblər. Kompleksin Valideyn Komitəsinin üzvləri də tədbirlərdə yaxından iştirak ediblər.

______________________

“Slavyan aslanları”nın qələbəsi


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman və Təhsil nazirliklərinin dəstəyi ilə Bakı şəhər məktəbləri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışı keçirilmişdir. Yarışa 55 məktəb qatıldı. 2011-ci ilin noyabrın 28-də rayondaxili seçmə yarışlarının birinci turu oldu. 2011-ci ilin dekabrın 12-də yarısında rayondaxili məktəb yarışlarının II turu, 2011-ci ilin dekabrın 20-də isə şəhərdaxili final yarışları oldu.
Müxtəlif şəhər məktəbləri və eləcə də FHN bazasında keçirilən yarışlarda Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin komandası da iştirak etdi. 7 şagirddən ibarət “Slavyan aslanları” komandasını yarışlara  hərbi rəhbər Mədətov Mayıs hazırlayırdı. Birinci mərhələnin ilk turu “Estafet” adlanırdı, burada iştirakçılar fövqəladə hal baş verən zaman nə edilməli olduğunu maksimum qısa vaxtda göstərməli idilər. “Slavyan aslanları” verilmiş tapşırığı rəqib komandalardan tez bir vaxtda: 1,14 san ərzində yerinə yetirərək, seçim turunu keçmiş və 10 məktəb arasından 1-ci yerə layiq görülmüşdür. “Slavyan aslanları” komandası kompleksin IX-XI siniflərindən təşkil olunan aşağıdakı şagirdlərdən ibarətdir: kapitan Faiq Cəfərli, üzvlər Zamin Məmmədov, Firuzə Axundova, Aksana Sokolova, Arif Məmmədov, Rəşad Qurbanzadə, Firudin Salehzadə. Dekabrın 12-də rayondaxili məktəb yarışlarının II turu oldu, burada şagirdlər yumor səhnəcikləri göstərildi və şagirdlərin intellektual səviyyəsini yoxlamaq üçün bilik yarışı keçirildi. Bu turda da “Slavyan aslanları” rəqib komandaları üstələyərək birinci yerə layiq görüldü. Yarışın sonuncu final mərhələsinə isə dekabrın 20-də start verildi. Finalda komandalar ikinci turun təkrarı və əlavə olaraq kimyəvi zəhərlənməyə məruz qalmış zonadan zərərçəkənlərin çıxarılması, onlara tibbi yardımın göstərilməsi bacarıqlarını nümayiş etdirdilər. Final turunda da bütün maneələri keçərək qalib gələn “Slavyan aslanları” dekabrın 21-də təltifetmə mərasimində bütün turların mütləq qalibi kimi Bakı şəhəri üzrə “Gənc xilasedici və yanğınsöndürən” yarışının çempionu adını aldı. Fövqəladə Hallar, Gənclər və İdman nazirliklərinin təsis etdikləri Kubok və diplomlarla bərabər komandanın hər bir üzvü fotoaparat və müxtəlif hədiyyələrlə  mükafatlandırıldılar.
Komandanın kapitanı Faiq Cəfərlinin ötən ilin yayında Minskdə keçirilən Beynəlxalq yarışlarda iştirakı və Azərbaycan komandasının tərkibində qalib adını qazanması da “Slavyan aslanları”nın qələbəsində mühüm rol oynadı.

______________________

Bakı Slavyan Universitetində və BSU Məktəb-Lisey Kompleksində “BİR GÜNLÜK XƏLİFƏ”

“BİR GÜNLÜK XƏLİFƏ” gününə həsr olunmuş qəzet (PDF versiya)

13 iyul 2000-ci ildə ümumilli liderimiz H.Əliyevin fərmanı ilə Bakı Slavyan Universiteti yaradıldı. Yaradılan ildən rektor, filologiya elmləri doktoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, prof. K.M.Abdullayevin təşəbbüsü ilə bir çox layihələr həyata keçirilmişdir. Bu layihələrdən biri də universitetdə təhsil alan, müxtəlif ixtisaslar üzrə peşəkar mütəxəssis olmağa hazırlaşan tələbələrin tələbə özünüida­rəçi­liyi­nə, yəni “Xəlifə Günü”nə cəlb olunmasıdır. İlk dəfə bu layihə 2002-ci il dekabrın 13-də həyata keçirildi. Növbəti dəfə xəlifə olmaq tələbələrə 2005-ci ilin 13 may tarixində, 2007-ci il 13 apreldə və 2009-cu ilin 13 noyabrında nəsib oldu. Bu il “Bir günlük xəlifə” 2011-ci ilin 13 dekabr tarixinə təsadüf etdi. Ənənəyə sadiq qalaraq, “Bir günlük xəlifə” tədbiri Kompleksimizdə də keçirildi, lakin daha geniş şəkildə. Belə ki, Kom­­pleksi­mizdə yalnız rəhbər vəzifələr deyil, hətta bir neçə fənn müəllimi də əvəz olundular. Müxtəlif  illərdə keçirilən xəli­fə günündə bir çox şagirdimiz fəal iştirak edib. Həmin şagird­lər həm məsuliyyətlə, həm də çox həvəslə öz vəzifələrini icra etdilər. “Xəlifə günü” ərəfəsində kompleksimizin bülleteni də işıq üzü gördü. “MLK-nın SƏSİ” adlanan bülleten “Xəlifə rektorluğu”na təqdim olundu, rektorat üzvləri və müəllim, tələbə heyəti tərəfindən rəğbətlə qarşılandı. Kompleksdə “Bir günlük xəlifə” tədbiri müəllim və şagirdlərin cərgə önündə mükafatlandırılması, Azərbaycan Yazıçılar Birliyi üzvlərinin iştirakı ilə Ulu öndərə həsr olunmuş kitabın təqdimatı, müəllim və şagirdlər arasında viktorina yarışı, voleybol üzrə yarış, şagirdlərin ifasında teatr tamaşası ilə yadda qaldı.

______________________

Bu günün şagirdi, gələcəyin tələbəsi
“FLEX” nə deməkdir?


Sovet İttifaqı respublikları ilə gənclər mübadiləsi proqramları 80-ci illərdə həyata keçirilməyə başlandı. Lakin daha əvvəllər, 50-ci illərdə, ABŞ və SSRİ məktəbliləri və tələbələri arasında mübadilələr aparılırdı. FLEX proqramı yuxarı sinif şagirdləri üçün uzunmüddətli geniş proqramdır. Mövcud olduğu 17 il ərzində FLEX proqramı 19.000   nəfərdən artıq yuxarı sinif şagirdinə təqaüd proqramı təqdim etmişdir. 700 nəfərdən çox azərbaycanlı şagird bu proqram vasitəsilə ABŞ-da təhsil almışdır. Təqaüd əldə edən hər bir şagird bir il müddətində ABŞ-da ailədə yaşayır və orta məktəblərin birində təhsil alır. Fiziki cəhətdən qüsurlu olan şagirlər də müsabiqədə iştirak etməyə dəvət olunurlar. Hər il fiziki cəhətdən qüsurlu olan 20 nəfər yuxarı sinif şagirdi FLEX proqramı çərçivəsində ABŞ-da yaşayır və təhsil alır.  Onlar da müsabiqəni ümumi əsaslarla keçirlər.
Təqaüd vasitələrinə nə daxildir?

  • Yaşayışyerindən ABŞ-a və geriyə pulsuz bilet.
  • Şagirdlərə ictimai həyatda iştirak etməyə və şəxsi istifadə əşyalarını almağa imkan verən aylıq təqaüd.
  • İştirakçı üçün seçilmiş ailədə bir il ərzində yerləşdirilmə.
  • Orta məktəblərə qəbul.
  • Proqramdan əvvəl və sonra keçirilən hazırlıq da daxilolmaqla,orientasiya (istiqamətləndirmə) proqramında iştirak.
  • ABŞ-da müxtəlif tədbirlərin təşkili.
  • ABŞ-a gəlməzdən əvvəl olan xəstəliklər və stomotoloji yardım istisna edilməklə təbii siğorta.

Məlumat verdiyim proqram haqqında artıq müəyyən qədər təsəvvürünüz var. Bu məlumatın yerləşdirilməsinə səbəb isə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin 10-cu sinif şagirdi Fatimə Xudiyevanın həmin imtahandan müvəffəqiyyətlə keçməsidir. Imtahanın necə keçməsi, obyektivliyin dərəcəsi və digər uşaqlara stimulo lması üçün kompleksimizin şagirdi, Fatimə ilə bu barədə biraz danışdıq.

  • Gedişat necə idi,  cavablar nə vaxt çıxdı, Azərbaycandan nə qədər şagird imtahan verirdi?
  • Yarışmanın Bakı üçün olan ilk mərhələsi oktyabr ayının 22-nə təsadüfetdi. İlk mərhələdə 15 dəqiqə ərzində 16 testi həll etmək lazım idi. Bütün suallar isə “General English” üzrə idi. Həftə sonunda cavablar açıqlandı və mənim ikinci mərhələyə keçdiyim bilindi. 2-ci mərhələ isə növbəti həftəsonu baş tutdu. Bu mərhələ 135 dəqiqə ərzində yekunlaşdı. Bu turdaisə bizi lisening-dinləmə, reading-oxumaq, writing-yazma (3 esseys) bacarığından imtahan etdilər. Nəticələr 4 həftə sonra bəlli oldu və mən növbəti, yəni sonuncu mərhələyə keçmək hüququ qazandım. Elan olundu ki, Azərbyacan üzrə 500 nəfərməktəbli bu imtahanın iştirakçısı olub, 3-cü mərhələyə isə 90 nəfər keçmişdir. 3-cü mərhələnin imtahanı isə 2 hissədən ibarət oldu.

  I.İntervyu
II. Yazma.
Hansı məktəblilərin ABŞ-da təhsil almaq hüququ qazanması ilə bağlı nəticələr isə aprel ayında açıqlandı.

  • Növbəti dərs ilini sən ABŞ-da oxuyacaqsan, bu çoxlarının aruzsudur nə hisslər keçirirsən?
  • İmtahana gedəndə özümdən yüz faiz əmin olmasam da biliyimə çox inanırdım. Bunun üçün səbəblərim də var idi. Ailəmin dəstəyi və ən əsası ingilis dili müəllimim Tünzalə xanımla keçdiyim dərslər, öyrəndiklərim və məni həvəsləndirmək üçün onun dedikləri, bunlar hamısı məni daha da ürəkləndirirdi.
  • Son olaraq nə deməkistəyirsən?
  • Əvvəla kompleksimizdə bizə yaradılan şəraitə görə rəhbərliyə, xüsusilə direktorumuz prof. T. H. Cəfərova və ilin müəllimi Tünzalə Cəfərovaya minnətdarlığımı bildirirəm. Əminəm ki, mən Kompleksdən ABŞ-a təhsil almağa gedən yeganə tələbə olmayacağam. Məndən sonra hələ çox şagird bunu bacaracaq.

______________________

“Slavyan aslanları” yarışlara qalibiyyətlə başladı.


Azərbaycan Respublikasının Fövqalədə Hallar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə qərarı ilə Bakı şəhəri üzrə “Gənc xilasedici və yanğınsöndürən” yarışı keçirilir. Yarişa 55 məktəb qatılıb.
2011-ci ilin noyabrın 28-də rayondaxili seçmə yarışlarının birinci turu olmuşdur. 2011-ci ilin dekabrında ikinci tur, rayondaxili məktəb yarışlarının II turu, 2011-ci ilin dekabrın sonunda isə şəhərdaxili final yarışları olacaq.
Nərimanov rayonu 207 №li məktəbin bazasında keçirilən yarışlarda Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin komandası da iştirak edir. Komandamız 7 şagirddən ibarətdir, rəhbəri isə Mədətov Mayıs İdris oğludur. Birinci mərhələnin ilk turu estafed adlanırdı, burada iştirakçılar fövqəladə hal baş verən zaman nə etməli olduqlarını maksimum qısa vaxtda göstərməli idilər.  “Slavyan aslanları” verilmiş tapşırığı rəqib komandalardan tez bir vaxtda: 1,14 san ərzində yerinə yetirərək, seçim turunu keçmiş və 10 məktəb arasından 1-ci yerə layiq görülmüşdür. “Slavyan aslanları” komandası kompleksin IX-XI siniflərini təmsil edən aşağıdakı şagirdlərdən ibarətdir: kapitan Faiq Cəfərli, üzvlər Zamin Məmmədov, Firuzə Axundova, Aksana Sokolova, Arif Məmmədov, Rəşad Qurbanzadə, Firuddin Salehzadə. Böyük əzm və bacarıqla çalışan komandamıza növbəti mərhələlərdə də uğurlar arzu edir, qələbələrinin davamını diləyirik.

______________________

Bakı Slavan Universitetinin Məktəb-Lisey Kompleksində Pedaqoji Şuranın növbəti  iclası keçirildi

Noyabrın 19-da Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində Pedaqoji Şuranın iclası keçirildi. İclasda Kompleksin pedaqoji kollektivi ilə bərabər Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru, polis mayoru Aidə Şirinova, Kompleksin Valideyn komitəsinin sədri və sədr müavinləri iştirak etdilər. Şuranın gündəliyində sentyabr-noyabr aylarında tədrisin vəziyyətinin yaxşılaşdırılması, proqram materiarallarının mənimsədilməsi səviyyəsinin monitorinqi istiqamətində görülən tədbirlər barədə hesabat və cari məsələlər yer alırdı.
Bu tədeis ilində təqaüdə çıxan, Kompleksin coğrafiya müəllimi İbrahim Məmmədova uzunmüddətli səmərəli pedaqoji fəaliyyətinə, BSU Məktəb-Lisey Kompleksinin inkişafında xidmətlərinə görə təşəkkürnamə və hədiyyə təqdim olundu.
Kompleksin işçiləri və şagirdləri haqqında məlumatları özündə əks edən Məlumat kitabı təqdim olundu.
Noyabr ayında Kompleksin bütün siniflərində keçirilən test imtahanlarının nəticələri  açıqlandı. X-XI siniflərin nəticələri xüsusilə müzakirə olundu. Qiymətlərin jurnallara köçürülməsi qərara alındı. 
Sonra şagirdlər arasında keçirilən bilik olimpiadasının nəticələrindən danışıldı, Fənn bilik yarışlarının şəhər turunda iştirak edəcək şagirdlərin adları açıqlandı. İclasda çıxış edən Valideyn komitəsinin rəhbəri və 21-ci polis şöbəsinin inspektoru Kompleksin direktoru Telman Cəfərova və müəllim heyətinə şagirdlər üçün yaradılan yüksək səviyyəli şəraitə görə təşəkkür edib, razılıqlarını bildirdilər.

______________________

BSU Məktəb-Lisey Kompleksində beşincilər “Göyçək Fatma”nı səhnələşdirdilər.

Azərbaycan Şifahi Xalq Ədəbiyyatının ən maraqlı və ən sevilən janrlarından biri də nağıllarımızdır. Əsrlər boyu xalqın yaddaşında yaşayaraq nəsildən-nəslə ötürülmüş, dövrümüzə qədər gəlib çatmışdır. Nağıllarımızda qəhrəmanlıq, düzlük, mərdlik, insanpərvərlik, vətənə məhəbbət, böyüklərə hörmət hissləri təbliğ olunur. Qorxaqlıq, satqınlıq, ikiüzlülük, acgözlük, yaltaqlıq və s. pis cəhətlər isə pislənilir. Bu cəhətləri özündə əks etdirən “Göyçək Fatma” nağılı şagirdlərin çox sevdiyi nağıllardandır. Məhz buna görə də “Sinifdənxaric oxu” üzrə məşğələdə Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin 5-b sinif şagirdləri nağılın öyrənilməsi zamanı onu səhnələşdirməyi qərara aldılar. Bu işdə onlara “Sinifdənxaric oxu” üzrə rəhbər R. Həsənov və mən bir sinif rəhbəri olaraq yaxından kömək etdik. Qısamüddətli hazırlığımıza baxmayaraq tamaşa çox uğurlu alındı.

31 oktyabr 2011-ci il tarixində kompleksin akt zalında təqdimat keçirildi. Şagirlərdən M. Həmidov, K. Zeynalov, S. Məmmədova, R. Əliyev, S. Əliyeva, L. Ağayeva, N. Ağazadə, X. Vəlixanlı, A. Zeynalova onlara həvalə olunmuş rolların öhdəsindən məharətlə gəldilər. Balaca istedadlar bütün tamaşaçıları valeh etdilər.

Tamaşanın sonunda Məktəb-Lisey Kompleksinin direktoru T.Cəfərov səhnəyə qalxaraq sözün həqiqi mənasında şagirdlərin bu çıxışından təsirləndiyini və böyük zövq aldığını qeyd etdi. O bildirdi ki, bu cür tədbirlər şagirlərin şifahi nitqinin inkişafında, onlarda geniş dünyagörüşün formalaşmasında, bilik və bacarıqların aşkarlanmasında mühüm rol oynayır. O, şagirdləri təbrik edərək onlara bu işi davam etdirməyi tövsiyə etdi və bildirdi ki, kompleksin rəhbərliyi onlara bu cür tədbirlərin keçirilməsində daim hər cür şərait yaradacaqdır. Kompleksin rəhbəri sinif rəhbəri Z. Bayramovaya, “Sinifdənxaric oxu” məşğələsinin rəhbəri R. Həsənova və “balaca aktyorlar”a uğurlar arzuladı.

Məktəb-Lisey Kompleksində sinifdənxaric oxu üzrə əlavə məşğələlərin daha daha mütəşəkkil təşkili, burada fəaliyyət göstərən şagird dramstudiyasında digər əsərlərin də səhnələşdirilməsi, əsərlərin geniş müzakirəsinin təşkili və bununla bağlı ərazidəki şəhər kitabxanaları ilə sıx əməkdaşlıq Kompleksin dil-ədəbiyyat müəllimləri qarşısında duran mühüm məsələlərdəndir.

______________________

Müasir Azərbaycan ədəbiyyatı təqdim olunur.

Qazaxıstan Respublikasında, M.O.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunda “Ən yeni Xarici ədəbiyyat” adlı kollektiv monoqrafiya nəşr olunmuşdur. Geniş oxucu kütləsinə, humanitar elmlər üzrə mütəxəssislərə, filoloqlara və ədəbiyyatşünaslara ünvanlanmış bu topluya daxil edilmiş “Azərbaycan ədəbiyyatı” fəsli Bakı Slavyan Universitetinin professoru, BSU MLK-nın direktoru Telman Cəfərov tərəfindən yazılmışdır. Hazırda müəllif fəsli genişləndirib, kitab şəklində çap etdirmək istiqamətində çalışır.

 

 

______________________

BSU Məktəb-Lisey Kompleksinin direktoru Moskvada keçirilən konfransda iştirak etmişdir.

BSU Məktəb-Lisey Kompleksinin direktoru prof.  T.H.Cəfərov Moskvada keçirilən “Xarici ölkələrdə rus dilinin statusu” mövzusunda elmi konfransda iştirak etmişdir. 17-19 oktyabr 2011-ci il tarixlərində keçirilən bu tədbirə əsasən xaricdə fəaliyyət göstərən rus dili, rus mədəniyyəti, rus məktəbləri və rus diaspor təşkilatlarının rəhbərləri qatılmışdır. Azərbaycanda  fəaliyyət göstərən bu tipli təşkilatlar da konfransda təmsil olunmuşdular. Konfransa mütəxəsis kimi dəvət alan prof. Telman Cəfərov Azərbaycan məktəblərində rus dilinin tədrisi, Azərbaycanda rus dilinin işlənmə dairəsi, dərslik və digər tədris vasitələri, rus dilindən Azərbaycan dilinə tərcümənin vəziyyəti ilə bağlı çıxış etmişdir. Moskvadakı Renessans otelində yüksək səviyyədə keçirilən bu tədbirə Rusiya dövlət və hökumət  nümayəndələri, o cümlədən Rusiya xarici işlər naziri Sergey Lavrov qatılmışdır. 

______________________

 Ученическая научная конференция, посвященная Дню независимости.

Азербайджан празднует 20–летие восстановления своей независимости!
На предприятиях, в организациях, в том числе и  в образовательных учреждениях проходят мероприятия, связанные с этой датой.
21 октября в Образовательном комплексе «Школа-лицей» Бакинского Славянского Университета прошла научная ученическая конференция среди учащихся, посвященная этому знаменательному дню.Конференция была подготовлена силами студентов БСУ, проходящих здесь педагогическую практику и Ученического парламента комплекса.
Учащиеся смогли продемонстрировать свои познания по одной из пяти тем, которые им предлагались на выбор: 1) Гейдар Алиев и Независимый Азербайджан; 2)Современный Азербайджан глазами школьников; 3) История Азербайджана; 4) География Азербайджана; 5) Культура Азербайджана.
Примечательно и то, что свои выступления они подготовили на пяти языках: азербайджанском, русском, английском, французском и немецком, которые преподаются в этом учебном заведении.
Выступления учащихся показали не только хорошие знания, но и высокий уровень патриотизма и гражданственности учеников комплекса. Конечно, заслуга в этом, в первую очередь, учителей комплекса, которые отдают все свои знания и время своим подопечным.
Хотелось бы отметить, исключительную работу членов Ученического парламента и Ученического научного общества. Их сплоченность, активность и стремление показать всё, на что они способны, поразило студентов-практикантов, работавших с ними в одной команде.
В открытии конференции и на секциях приняли участие проректора БСУ, представители Французского Посольства, преподаватели, руководители педагогической практики, члены родительских комитетов.
Школьники-участники конференции получили сертификаты, подтверждающие их высокий уровень подготовки и знаний.
В подготовке конференции активное и непосредственное участие приняли студенты БСУ: Назиева Лала, Гарибов Вагиф, Гусейнова Тамара, Рзаева Сафура, Гаджиева Джамиля и многие другие студенты, проходяшие в комплексе педагогическую практику. Для студентов это стало хорошей школой. Они смогли почерпнуть для себя много полезного, а преподаватели комплекса "Школа-лицей" щедро делились с ними своим опытом. Работа ребят была воспринята с большим энтузиазмом всеми, кто собрался в этот день в актовом зале.
«Однозначно работу конференции можно считать успешной!» - таково единодушное мнение и организаторов, и участников, и гостей конференции. После закрытия ученической конференции состоялся праздничный концерт.
Долго ещё потом не расходились ребята, обсуждая и переживая все перепетии  этого события. Главное, что они очень старались и достойно выступили на таком важном и ответственном мероприятии, посвященном славной дате – 20-летию восстановления независимости Азербайджана. Думается, что они станут достойными гражданами своей прекрасной страны, вступающей в третье десятилетие своей независимости!

_______________________

Bakı Slavyan Universitetinin Məktəb- Lisey Kompleksində “Qonaq saatı”

28.09.2011-ci il tarixdə Bakı Slavyan Universitetinin Məktəb- Lisey Kompleksində “Qonaq saatı”nın qonaqları İngiltərədən olmuşdur. Kompleksin ingilis dili müəllimlərinin dəvəti ilə tədris müəssisəmizə təşlif buyurmuş,  Roland Halfors və Olle Halfors Komrleksin VIII, IX və X sinif şagirdləri ilə görüşüb, onlarla söhbət etdilər və görüşdə şagirdlər olduqca fəal iştirak edərək, biliklərini artırmaq üçün qonaqlara İngiltərə, bu ölkədə təhsil almaq imkanı ilə  bağlı çoxlu maraqlı suallar verdilər.
Şagirdlərin Azərbaycan məktəbində İngilis dilində sərbəst şəkildə fikir ifadə etmələri qonaqlarda Kompleksimiz və burada təhsil alan şagirdlər haqqında gözəl təəssüratlar yaratdı. Sonra qonaqlarımız Kompleksin şagirdləri ilə birgə xatirə şəkilləri çəkdirdilər.

 

______________________

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində Pedaqoji təcrübə.

Hər il ənənəvi olaraq Bakı Slavyan Universitetinin tələbələri pedaqoji  təcrübəni   Universitetimizin  Məktəb-Lisey  Kompleksində keçirlər.  Bakı Slavyan Universitetinin  III kurs tələbələri təcrübə rəhbərləri ilə birlikdə pedaqoji təcrübənin açılış iclasında iştirak etmişlər.  Kompleksin direktoru prof. T.H.Cəfərov iclas iştirakçılarını salamlayaraq, bu təcrübənin keçirilməsində əsas məqsədin təcrübəçi tələbələri orta ümumtəhsil məktəbləri ilə tanış etməkdən, pedaqoji kollektiv, maddi-texniki baza, şagird təşkilatları, daxili nizam-intizam qaydaları haqqında tələbələrdə təsəvvürləri genişləndirməkdən ibarət olduğunu bildirdi. Universitet rəhbərliyinin pedaqoji  təcrübəyə böyük önəm verdiyini söyləyən  prof. T.H.Cəfərov təcrübəçi tələbələrə işlərində məsuliyyətli və nizam-intizam qaydalarına riayət edərək, şagirdlərə nümunə olmalarını tövsiyyə edərək, təcrübə rəhbərlərini və tələbələri təbrik edib, onlara uğurlar arzuladı.

________________________________

Şagirdlərimiz II Beynəlxalq  Kitab Sərgisində oldular

28-30 Sentyabr  Mədəniyyət  və Turizm  Nazirliyinin təşəbbüsü  ilə Heydər Əliyev adına Əl Oyunları sarayında Azərbaycanın Dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş  II Beynəlxalq  Kitab Sərgisi  keçirilmişdir. Sərgidə Bakı Slavyan Universitetinin “Kitab aləmi” və “Mütərcim” nəşriyyatlarının  paviliyonları böyük maraq doğurmuşdur. Bakı Slavyan Universitetinin tərəfdaşlığı ilə reallaşan “150 cildlik Dünya ədəbiyyatı seriyası” nın təqdimatında Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin direktoru prof. T.H.Cəfərov çıxış etmiş, şagird və müəllimlərimiz sərgi ilə tanış olmuşlar.

_____________________________

BSU-nun Məktəb-Lisey Kompleksində
şagird-tələbə elmi konfransı keçirilib

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin ideyaları işığında” mцvzusunda ənənəvi Şagird-Tələbə Elmi Konfransı keçirildi.

Konfransэn əsas əhəmiyyəti ondan ibarətdir ki, tədbirə Bakı məktəbliləri və tələbələrlə yanaşı ilk dəfə olaraq Laçın, Ağdam, Xocavənd, Cəbrayıl rayonlarında yerləşən qaçqın və köçkün məktəblərinin istedadlı şagirdləri də cəlb edilmişdir. Qaçqın məktəblərinin şagirdlərinə Bakı Slavyan Universitetinin 2005-ci ildən daimi diqqəti Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qara qızılın insan kapitalına çevrilməsinə dair mühüm sosial siyasətinə xidmət edir.

Konfransı giriş sözü ilə açan rektor prof. K.Abdullayev Universitet alimlərinin konfransdan öncə qaçqın məktəblərində olmalarını, şagirdlərin elmi işlərinə rəhbərlik etmələrini vurğuladı. Rektor xüsusi qeyd etdi ki,  “Azərbaycan təhsili sıçrayış dönəmindədir və bu inkişafın təməli məhz Heydər Əliyevin əməyi üzərində qurulmuşdur. Bugün Rusiya və Belarusiyada “Azərbaycan dili və mədəniyyəti mərkəz”ləri fəaliyyət göstərir. Orada başqa millətdən olan tələbələr azərbaycanşünaslıq ixtisasına yiyələnir və bizim dilimizi həvəslə öyrənirlər. Azərbaycanın bugünki beynəlxalq durumuna, hökm sürən ictimai-siyasi sabitliyinə, yüksək iqtisadi potensialı və mədəni irsinə görə xarici ölkələrdə dilimizi öyrənməyə ehtiyac duyurlar. Ölkəmizin geniş perspektivlərini müşahidə edərək onlar məhz Azərbaycan üzrə mütəxəssis olmaq istəyirlər. Bugünki milli qürurumuza görə biz ulu öndər Heydər Əliyevə minnətdarıq”.

Prof. K.Abdullayev çıxışının sonunda qaçqın məktəblərindən gəlmiş müəllim-şagird kollektivini BSU-da “Müasir Azərbaycanşünaslığın problemləri” mövzusunda keçirilən II Beynəlxalq konfransın bağlanışına da dəvət etdi.

Konfransın işi “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”, “Ulu öndər və müasir Azərbaycan təhsili”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti və ədəbiyyatı”, “Ulu öndərin irsini necə öyrənir və təbliğ edirik?”, “Müasir Azərbaycanda gənclər və idman hərəkatı” bölmələri üzrə təşkil olunmuşdur. Bakı məktəbliləri, tələbələr, qaçqın və köçkün məktəblərinin gənc istedadları ana dili ilə yanaşı xarici dillərdə də məruzələrlə çıxış etdilər. Bölmə iclaslarına Universitetin alimləri və məktəb müəllimləri ilə birgə şagird və tələbələr də rəhbərlik edirdilər.

BSU-nun Məktəb-Lisey Kompleksinin, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, Bakı Türk Anadolu Liseyinin, Bakı şəhəri 190, 18, 240, 5, 164 saylı, Bülbül adına orta ixtisas məktəbi, Bağça-Məktəb Lisey Kompleksinin, Ağdam rayonu 24 saylı, Xocavənd rayonu Tuğ kənd, Laçın rayonu Çələbixan kənd, Cəbrayıl rayonu Vahid İsmayılov adına Çərəkən kənd qaçqın orta məktəblərinin VIII-XI sinif şagirdləri maraqlı məruzələrlə çıxış etmişdirlər.

Hazırda işğal altında olan Xocavənd rayonunun Tuğ kəndində anadan olmuş, qaçqın həyatı sürən XI sinif şagirdi Fəridə Şükürovanın çıxışı konfrans iştirakçılarının diqqətini cəlb etdi. Bu kənddə hələ 125 il əvvəl ilk orta dünyəvi məktəbin yaradılması Azərbaycan xalqının qədim təhsil ənənələrindən xəbər verən önəmli fakt kimi vurğulandı.

Bakı Türk Anadolu Liseyinin direktor müavini Özgen Dikmen lisey şagirdlərinin bu konfransa böyük həvəslə qatıldıqlarını bildirdi. Həmçinin o, BSU-nun  qaçqın şagirdlərə diqqətini, onları elmi axtarışlara sövq etməsinin əhəmiyyətini qeyd etdi.

Cəbrayıl rayon Çərəkən orta məktəbinin direktoru Əziz Musayev çıxışında Heydər Əliyevin qaçqın düşərgəsinə gəlişi və çadırlarda dərs keçən şagirdlərə şəxsi qayğısı haqqında ehtiramla danışdı.

Laçın, Ağdam, Xocavənd, Cəbrayıl rayonlarından gəlmiş şagirdlər BSU-nun professor-mьəllim heyəti ilə, tədris-mədəniyyət mərkəzləri, muzeyi, kitabxanası, ayrı-ayrı fakültələri ilə yaxından tanış oldular.

Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olundu.

 

________________________________

BSU-nun dosenti Akif Məmmədovla görüş

BSU Məktəb-Lisey Kompleksində Bakı Slavyan Universitetinin dosenti Akif Məmmədovla liseyin 9-11-ci sinif şagirdləri və Şagird Elmi Cəmiyyəti üzvlərinin görüşü keçirildi. Akif müəllim şagirdlərə ali məktəblərə qəbul proqramlarında olan yeniliklər, imtahanlara necə hazırlaşmağın yolları, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə problemli məsələlərin həlli barədə dəyərli məsləhətlər verdi. Elmi axtarışların effektivliyi barədə söhbət Şagird Elmi Cəmiyyəti üzvləri üçün daha çox maraqlı oldu. Sonra Akif müəllim şagirdləri maraqlandıran suallara cavab verdi.

_______________________________

Liseyin direktoru prof. T.H.Cəfərov Moskvada elmi simpoziumda iştirak etmişdir.

Moskva şəhərində «Dostoyevski fondu» tərəfindən keçirilən «Rus bədii sözü dünyanın mədəni kontekstində» adlı III Beynəlxalq simpoziuma dəvət alan Bakı Slavyan Universitetinin professoru Telman Cəfərov ayrı-ayrı bölmə və dəyirmi masalarda çıxışlar etmiş, simpoziumun ən maraqlı bölmələrindən birində: «Dostoyevskinin poetikası» bölməsində BSU-nun kafedra müdiri, tanınmış ədəbiyyatşünas-alim və tərcüməçi prof. Məmməd Qocayevin rusca yazılmış «Dostoyevskinin ideya və xarakterləri», «Ədəbiyyatda obrazlar və xarakterlər» kitablarının prezentasiyasını keçirmişdir.
T.H.Cəfərov REA Rus Ədəbiyyatı İnstitutunun direktoru, REA-nın müxbir üzvü V.Baqno və slovakiyalı alim N.Muranskanın rəhbərliyi ilə keçirilən «Bədii tərcümənin problemləri» bölməsində «Müasir Azərbaycanda rus ədəbiyyatının tərcümə və nəşri prinsipləri» və «F.M.Dostoyevskinin «Karamazov qardaşları» romanının Azərbaycan dilinə tərcüməsi təcrübəsindən» adlı məruzələri təqdim etmişdir. Onun məruzə və çıxışlarında ölkə prezidentinin sərəncamları ilə həyata keçirilən latın qrafikalı nəşrlərdə, «Dünya ədəbiyyatı kitabxanası 150 cilddə» seriyasında və Bakı Slavyan Universitetinin «Filoloqun kitabxanası - 100» tərcümə layihəsində təmsil olunmuş rus klassik və müasir ədəbiyyat nümunələrinin, rus filologiya məktəbinin tanınmış nümuyəndələrinin seçilmə, tərcümə və nəşri prinsipləri barədə geniş məlumatla yanaşı, bədii tərcümənin nəzəri və praktiki məsələlərinə də toxunulmuş, dövri nəşrlərimizdə bədii və elmi-filoloji tərcümə işinin mənzərəsi təsvir olunmuşdur.
Prof. T.H.Cəfərov «Rusiya postsovet məkanında: sosio-mədəni və linqvistik aspektlər», «L.N.Tolstoy: gedişin (Yasnaya Polyanadan) yüz illiyi ətrafında müzakirələr» və «Müasir romanda tarix: formalar, imkanlar, ümidlər» mövzularında təşkil olunmuş dəyirmi masalarda aparılan diskussiyalarda da çıxışlar etmiş, Azərbaycan oxucusu və tədqiqatçısının rus dili, ədəbiyyatı və mədəniyyətinə, Tolstoy və Dostoyevski kimi dahi rus yazıçılarının ədəbi irsinə fərqli yanaşma tərzini motivləşdirən cəhətləri açıqlamış, müasir rus və Azərbaycan romanında tarixə müraciəti şərtləndirən səbəblərə toxunmuşdur. Bu fikirlər dəyirmi masalarda iştirak edən «Znamya» jurnalının baş redaktorunun müavini Natalya İvanova, ukraynalı naşir, «Renessans» jurnalının baş redaktoru Viktor Şlapak, ən müasir rus ədəbiyyatını təmsil edən nasir Aleksey Varlamov, şair-tərcüməçi Vyaçeslav Kupriyanov, «Dostoyevski fondu»nun prezidenti akademik İqor Volqin, Almaniyadan gəlmiş məşhur rusist, «Narratologiya» kitabının müəllifi Volf Şmid  və başqaları tərəfindən maraqla qarşılanmaqla bərabər, ədəbiyyatımızın tədqiqi, tərcüməsi, nəşri və təbliği, ədəbi əlaqələrin davam etdirilməsi istiqamətində konkret fikirlər söylənildi, müştərək ədəbi və tərcümə layihələrinin həyata keçirilməsinin vacibliyi vurğulandı.               

MDB və Baltiya ölkələri alimlərinin simpoziumda iştirakı MDB Dövlətləri-İştirakçılarının Humanitar Əməkdaşlığı üzrə Dövlətlərarası Fondun maliyyə dəstəyi hesabına mümkün olmuşdur.

_______________________________

.

 
 

 
© 2012 Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi