| |
BSU Məktəb-Lisey Kompleksində beşincilər “Göyçək Fatma”nı səhnələşdirdilər.
Azərbaycan Şifahi Xalq Ədəbiyyatının ən maraqlı və ən sevilən janrlarından biri də nağıllarımızdır. Əsrlər boyu xalqın yaddaşında yaşayaraq nəsildən-nəslə ötürülmüş, dövrümüzə qədər gəlib çatmışdır. Nağıllarımızda qəhrəmanlıq, düzlük, mərdlik, insanpərvərlik, vətənə məhəbbət, böyüklərə hörmət hissləri təbliğ olunur. Qorxaqlıq, satqınlıq, ikiüzlülük, acgözlük, yaltaqlıq və s. pis cəhətlər isə pislənilir. Bu cəhətləri özündə əks etdirən “Göyçək Fatma” nağılı şagirdlərin çox sevdiyi nağıllardandır. Məhz buna görə də “Sinifdənxaric oxu” üzrə məşğələdə Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin 5-b sinif şagirdləri nağılın öyrənilməsi zamanı onu səhnələşdirməyi qərara aldılar. Bu işdə onlara “Sinifdənxaric oxu” üzrə rəhbər R. Həsənov və mən bir sinif rəhbəri olaraq yaxından kömək etdik. Qısamüddətli hazırlığımıza baxmayaraq tamaşa çox uğurlu alındı.
31 oktyabr 2011-ci il tarixində kompleksin akt zalında təqdimat keçirildi. Şagirlərdən M. Həmidov, K. Zeynalov, S. Məmmədova, R. Əliyev, S. Əliyeva, L. Ağayeva, N. Ağazadə, X. Vəlixanlı, A. Zeynalova onlara həvalə olunmuş rolların öhdəsindən məharətlə gəldilər. Balaca istedadlar bütün tamaşaçıları valeh etdilər.
Tamaşanın sonunda Məktəb-Lisey Kompleksinin direktoru T.Cəfərov səhnəyə qalxaraq sözün həqiqi mənasında şagirdlərin bu çıxışından təsirləndiyini və böyük zövq aldığını qeyd etdi. O bildirdi ki, bu cür tədbirlər şagirlərin şifahi nitqinin inkişafında, onlarda geniş dünyagörüşün formalaşmasında, bilik və bacarıqların aşkarlanmasında mühüm rol oynayır. O, şagirdləri təbrik edərək onlara bu işi davam etdirməyi tövsiyə etdi və bildirdi ki, kompleksin rəhbərliyi onlara bu cür tədbirlərin keçirilməsində daim hər cür şərait yaradacaqdır. Kompleksin rəhbəri sinif rəhbəri Z. Bayramovaya, “Sinifdənxaric oxu” məşğələsinin rəhbəri R. Həsənova və “balaca aktyorlar”a uğurlar arzuladı.
Məktəb-Lisey Kompleksində sinifdənxaric oxu üzrə əlavə məşğələlərin daha daha mütəşəkkil təşkili, burada fəaliyyət göstərən şagird dramstudiyasında digər əsərlərin də səhnələşdirilməsi, əsərlərin geniş müzakirəsinin təşkili və bununla bağlı ərazidəki şəhər kitabxanaları ilə sıx əməkdaşlıq Kompleksin dil-ədəbiyyat müəllimləri qarşısında duran mühüm məsələlərdəndir.
______________________
Müasir Azərbaycan ədəbiyyatı təqdim olunur.
Qazaxıstan Respublikasında, M.O.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunda “Ən yeni Xarici ədəbiyyat” adlı kollektiv monoqrafiya nəşr olunmuşdur. Geniş oxucu kütləsinə, humanitar elmlər üzrə mütəxəssislərə, filoloqlara və ədəbiyyatşünaslara ünvanlanmış bu topluya daxil edilmiş “Azərbaycan ədəbiyyatı” fəsli Bakı Slavyan Universitetinin professoru, BSU MLK-nın direktoru Telman Cəfərov tərəfindən yazılmışdır. Hazırda müəllif fəsli genişləndirib, kitab şəklində çap etdirmək istiqamətində çalışır.
______________________
BSU Məktəb-Lisey Kompleksinin direktoru Moskvada keçirilən konfransda iştirak etmişdir.
BSU Məktəb-Lisey Kompleksinin direktoru prof. T.H.Cəfərov Moskvada keçirilən “Xarici ölkələrdə rus dilinin statusu” mövzusunda elmi konfransda iştirak etmişdir. 17-19 oktyabr 2011-ci il tarixlərində keçirilən bu tədbirə əsasən xaricdə fəaliyyət göstərən rus dili, rus mədəniyyəti, rus məktəbləri və rus diaspor təşkilatlarının rəhbərləri qatılmışdır. Azərbaycanda fəaliyyət göstərən bu tipli təşkilatlar da konfransda təmsil olunmuşdular. Konfransa mütəxəsis kimi dəvət alan prof. Telman Cəfərov Azərbaycan məktəblərində rus dilinin tədrisi, Azərbaycanda rus dilinin işlənmə dairəsi, dərslik və digər tədris vasitələri, rus dilindən Azərbaycan dilinə tərcümənin vəziyyəti ilə bağlı çıxış etmişdir. Moskvadakı Renessans otelində yüksək səviyyədə keçirilən bu tədbirə Rusiya dövlət və hökumət nümayəndələri, o cümlədən Rusiya xarici işlər naziri Sergey Lavrov qatılmışdır.
______________________
Ученическая научная конференция, посвященная Дню независимости.
Азербайджан празднует 20–летие восстановления своей независимости!
На предприятиях, в организациях, в том числе и в образовательных учреждениях проходят мероприятия, связанные с этой датой.
21 октября в Образовательном комплексе «Школа-лицей» Бакинского Славянского Университета прошла научная ученическая конференция среди учащихся, посвященная этому знаменательному дню.Конференция была подготовлена силами студентов БСУ, проходящих здесь педагогическую практику и Ученического парламента комплекса.
Учащиеся смогли продемонстрировать свои познания по одной из пяти тем, которые им предлагались на выбор: 1) Гейдар Алиев и Независимый Азербайджан; 2)Современный Азербайджан глазами школьников; 3) История Азербайджана; 4) География Азербайджана; 5) Культура Азербайджана.
Примечательно и то, что свои выступления они подготовили на пяти языках: азербайджанском, русском, английском, французском и немецком, которые преподаются в этом учебном заведении.
Выступления учащихся показали не только хорошие знания, но и высокий уровень патриотизма и гражданственности учеников комплекса. Конечно, заслуга в этом, в первую очередь, учителей комплекса, которые отдают все свои знания и время своим подопечным.
Хотелось бы отметить, исключительную работу членов Ученического парламента и Ученического научного общества. Их сплоченность, активность и стремление показать всё, на что они способны, поразило студентов-практикантов, работавших с ними в одной команде.
В открытии конференции и на секциях приняли участие проректора БСУ, представители Французского Посольства, преподаватели, руководители педагогической практики, члены родительских комитетов.
Школьники-участники конференции получили сертификаты, подтверждающие их высокий уровень подготовки и знаний.
В подготовке конференции активное и непосредственное участие приняли студенты БСУ: Назиева Лала, Гарибов Вагиф, Гусейнова Тамара, Рзаева Сафура, Гаджиева Джамиля и многие другие студенты, проходяшие в комплексе педагогическую практику. Для студентов это стало хорошей школой. Они смогли почерпнуть для себя много полезного, а преподаватели комплекса "Школа-лицей" щедро делились с ними своим опытом. Работа ребят была воспринята с большим энтузиазмом всеми, кто собрался в этот день в актовом зале.
«Однозначно работу конференции можно считать успешной!» - таково единодушное мнение и организаторов, и участников, и гостей конференции. После закрытия ученической конференции состоялся праздничный концерт.
Долго ещё потом не расходились ребята, обсуждая и переживая все перепетии этого события. Главное, что они очень старались и достойно выступили на таком важном и ответственном мероприятии, посвященном славной дате – 20-летию восстановления независимости Азербайджана. Думается, что они станут достойными гражданами своей прекрасной страны, вступающей в третье десятилетие своей независимости!
_______________________
Bakı Slavyan Universitetinin Məktəb- Lisey Kompleksində “Qonaq saatı”

28.09.2011-ci il tarixdə Bakı Slavyan Universitetinin Məktəb- Lisey Kompleksində “Qonaq saatı”nın qonaqları İngiltərədən olmuşdur. Kompleksin ingilis dili müəllimlərinin dəvəti ilə tədris müəssisəmizə təşlif buyurmuş, Roland Halfors və Olle Halfors Komrleksin VIII, IX və X sinif şagirdləri ilə görüşüb, onlarla söhbət etdilər və görüşdə şagirdlər olduqca fəal iştirak edərək, biliklərini artırmaq üçün qonaqlara İngiltərə, bu ölkədə təhsil almaq imkanı ilə bağlı çoxlu maraqlı suallar verdilər.
Şagirdlərin Azərbaycan məktəbində İngilis dilində sərbəst şəkildə fikir ifadə etmələri qonaqlarda Kompleksimiz və burada təhsil alan şagirdlər haqqında gözəl təəssüratlar yaratdı. Sonra qonaqlarımız Kompleksin şagirdləri ilə birgə xatirə şəkilləri çəkdirdilər.

______________________
Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində Pedaqoji təcrübə.
Hər il ənənəvi olaraq Bakı Slavyan Universitetinin tələbələri pedaqoji təcrübəni Universitetimizin Məktəb-Lisey Kompleksində keçirlər. Bakı Slavyan Universitetinin III kurs tələbələri təcrübə rəhbərləri ilə birlikdə pedaqoji təcrübənin açılış iclasında iştirak etmişlər. Kompleksin direktoru prof. T.H.Cəfərov iclas iştirakçılarını salamlayaraq, bu təcrübənin keçirilməsində əsas məqsədin təcrübəçi tələbələri orta ümumtəhsil məktəbləri ilə tanış etməkdən, pedaqoji kollektiv, maddi-texniki baza, şagird təşkilatları, daxili nizam-intizam qaydaları haqqında tələbələrdə təsəvvürləri genişləndirməkdən ibarət olduğunu bildirdi. Universitet rəhbərliyinin pedaqoji təcrübəyə böyük önəm verdiyini söyləyən prof. T.H.Cəfərov təcrübəçi tələbələrə işlərində məsuliyyətli və nizam-intizam qaydalarına riayət edərək, şagirdlərə nümunə olmalarını tövsiyyə edərək, təcrübə rəhbərlərini və tələbələri təbrik edib, onlara uğurlar arzuladı.

________________________________
Şagirdlərimiz II Beynəlxalq Kitab Sərgisində oldular

28-30 Sentyabr Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Heydər Əliyev adına Əl Oyunları sarayında Azərbaycanın Dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş II Beynəlxalq Kitab Sərgisi keçirilmişdir. Sərgidə Bakı Slavyan Universitetinin “Kitab aləmi” və “Mütərcim” nəşriyyatlarının paviliyonları böyük maraq doğurmuşdur. Bakı Slavyan Universitetinin tərəfdaşlığı ilə reallaşan “150 cildlik Dünya ədəbiyyatı seriyası” nın təqdimatında Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin direktoru prof. T.H.Cəfərov çıxış etmiş, şagird və müəllimlərimiz sərgi ilə tanış olmuşlar.

_____________________________
BSU-nun Məktəb-Lisey Kompleksində
şagird-tələbə elmi konfransı keçirilib
Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin ideyaları işığında” mцvzusunda ənənəvi Şagird-Tələbə Elmi Konfransı keçirildi.
Konfransэn əsas əhəmiyyəti ondan ibarətdir ki, tədbirə Bakı məktəbliləri və tələbələrlə yanaşı ilk dəfə olaraq Laçın, Ağdam, Xocavənd, Cəbrayıl rayonlarında yerləşən qaçqın və köçkün məktəblərinin istedadlı şagirdləri də cəlb edilmişdir. Qaçqın məktəblərinin şagirdlərinə Bakı Slavyan Universitetinin 2005-ci ildən daimi diqqəti Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qara qızılın insan kapitalına çevrilməsinə dair mühüm sosial siyasətinə xidmət edir.
Konfransı giriş sözü ilə açan rektor prof. K.Abdullayev Universitet alimlərinin konfransdan öncə qaçqın məktəblərində olmalarını, şagirdlərin elmi işlərinə rəhbərlik etmələrini vurğuladı. Rektor xüsusi qeyd etdi ki, “Azərbaycan təhsili sıçrayış dönəmindədir və bu inkişafın təməli məhz Heydər Əliyevin əməyi üzərində qurulmuşdur. Bugün Rusiya və Belarusiyada “Azərbaycan dili və mədəniyyəti mərkəz”ləri fəaliyyət göstərir. Orada başqa millətdən olan tələbələr azərbaycanşünaslıq ixtisasına yiyələnir və bizim dilimizi həvəslə öyrənirlər. Azərbaycanın bugünki beynəlxalq durumuna, hökm sürən ictimai-siyasi sabitliyinə, yüksək iqtisadi potensialı və mədəni irsinə görə xarici ölkələrdə dilimizi öyrənməyə ehtiyac duyurlar. Ölkəmizin geniş perspektivlərini müşahidə edərək onlar məhz Azərbaycan üzrə mütəxəssis olmaq istəyirlər. Bugünki milli qürurumuza görə biz ulu öndər Heydər Əliyevə minnətdarıq”.
Prof. K.Abdullayev çıxışının sonunda qaçqın məktəblərindən gəlmiş müəllim-şagird kollektivini BSU-da “Müasir Azərbaycanşünaslığın problemləri” mövzusunda keçirilən II Beynəlxalq konfransın bağlanışına da dəvət etdi.
Konfransın işi “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”, “Ulu öndər və müasir Azərbaycan təhsili”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti və ədəbiyyatı”, “Ulu öndərin irsini necə öyrənir və təbliğ edirik?”, “Müasir Azərbaycanda gənclər və idman hərəkatı” bölmələri üzrə təşkil olunmuşdur. Bakı məktəbliləri, tələbələr, qaçqın və köçkün məktəblərinin gənc istedadları ana dili ilə yanaşı xarici dillərdə də məruzələrlə çıxış etdilər. Bölmə iclaslarına Universitetin alimləri və məktəb müəllimləri ilə birgə şagird və tələbələr də rəhbərlik edirdilər.
BSU-nun Məktəb-Lisey Kompleksinin, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, Bakı Türk Anadolu Liseyinin, Bakı şəhəri 190, 18, 240, 5, 164 saylı, Bülbül adına orta ixtisas məktəbi, Bağça-Məktəb Lisey Kompleksinin, Ağdam rayonu 24 saylı, Xocavənd rayonu Tuğ kənd, Laçın rayonu Çələbixan kənd, Cəbrayıl rayonu Vahid İsmayılov adına Çərəkən kənd qaçqın orta məktəblərinin VIII-XI sinif şagirdləri maraqlı məruzələrlə çıxış etmişdirlər.
Hazırda işğal altında olan Xocavənd rayonunun Tuğ kəndində anadan olmuş, qaçqın həyatı sürən XI sinif şagirdi Fəridə Şükürovanın çıxışı konfrans iştirakçılarının diqqətini cəlb etdi. Bu kənddə hələ 125 il əvvəl ilk orta dünyəvi məktəbin yaradılması Azərbaycan xalqının qədim təhsil ənənələrindən xəbər verən önəmli fakt kimi vurğulandı.
Bakı Türk Anadolu Liseyinin direktor müavini Özgen Dikmen lisey şagirdlərinin bu konfransa böyük həvəslə qatıldıqlarını bildirdi. Həmçinin o, BSU-nun qaçqın şagirdlərə diqqətini, onları elmi axtarışlara sövq etməsinin əhəmiyyətini qeyd etdi.
Cəbrayıl rayon Çərəkən orta məktəbinin direktoru Əziz Musayev çıxışında Heydər Əliyevin qaçqın düşərgəsinə gəlişi və çadırlarda dərs keçən şagirdlərə şəxsi qayğısı haqqında ehtiramla danışdı.
Laçın, Ağdam, Xocavənd, Cəbrayıl rayonlarından gəlmiş şagirdlər BSU-nun professor-mьəllim heyəti ilə, tədris-mədəniyyət mərkəzləri, muzeyi, kitabxanası, ayrı-ayrı fakültələri ilə yaxından tanış oldular.
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olundu.
________________________________
BSU-nun dosenti Akif Məmmədovla görüş
BSU Məktəb-Lisey Kompleksində Bakı Slavyan Universitetinin dosenti Akif Məmmədovla liseyin 9-11-ci sinif şagirdləri və Şagird Elmi Cəmiyyəti üzvlərinin görüşü keçirildi. Akif müəllim şagirdlərə ali məktəblərə qəbul proqramlarında olan yeniliklər, imtahanlara necə hazırlaşmağın yolları, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə problemli məsələlərin həlli barədə dəyərli məsləhətlər verdi. Elmi axtarışların effektivliyi barədə söhbət Şagird Elmi Cəmiyyəti üzvləri üçün daha çox maraqlı oldu. Sonra Akif müəllim şagirdləri maraqlandıran suallara cavab verdi.

_______________________________
Liseyin direktoru prof. T.H.Cəfərov Moskvada elmi simpoziumda iştirak etmişdir.
Moskva şəhərində «Dostoyevski fondu» tərəfindən keçirilən «Rus bədii sözü dünyanın mədəni kontekstində» adlı III Beynəlxalq simpoziuma dəvət alan Bakı Slavyan Universitetinin professoru Telman Cəfərov ayrı-ayrı bölmə və dəyirmi masalarda çıxışlar etmiş, simpoziumun ən maraqlı bölmələrindən birində: «Dostoyevskinin poetikası» bölməsində BSU-nun kafedra müdiri, tanınmış ədəbiyyatşünas-alim və tərcüməçi prof. Məmməd Qocayevin rusca yazılmış «Dostoyevskinin ideya və xarakterləri», «Ədəbiyyatda obrazlar və xarakterlər» kitablarının prezentasiyasını keçirmişdir.
T.H.Cəfərov REA Rus Ədəbiyyatı İnstitutunun direktoru, REA-nın müxbir üzvü V.Baqno və slovakiyalı alim N.Muranskanın rəhbərliyi ilə keçirilən «Bədii tərcümənin problemləri» bölməsində «Müasir Azərbaycanda rus ədəbiyyatının tərcümə və nəşri prinsipləri» və «F.M.Dostoyevskinin «Karamazov qardaşları» romanının Azərbaycan dilinə tərcüməsi təcrübəsindən» adlı məruzələri təqdim etmişdir. Onun məruzə və çıxışlarında ölkə prezidentinin sərəncamları ilə həyata keçirilən latın qrafikalı nəşrlərdə, «Dünya ədəbiyyatı kitabxanası 150 cilddə» seriyasında və Bakı Slavyan Universitetinin «Filoloqun kitabxanası - 100» tərcümə layihəsində təmsil olunmuş rus klassik və müasir ədəbiyyat nümunələrinin, rus filologiya məktəbinin tanınmış nümuyəndələrinin seçilmə, tərcümə və nəşri prinsipləri barədə geniş məlumatla yanaşı, bədii tərcümənin nəzəri və praktiki məsələlərinə də toxunulmuş, dövri nəşrlərimizdə bədii və elmi-filoloji tərcümə işinin mənzərəsi təsvir olunmuşdur.
Prof. T.H.Cəfərov «Rusiya postsovet məkanında: sosio-mədəni və linqvistik aspektlər», «L.N.Tolstoy: gedişin (Yasnaya Polyanadan) yüz illiyi ətrafında müzakirələr» və «Müasir romanda tarix: formalar, imkanlar, ümidlər» mövzularında təşkil olunmuş dəyirmi masalarda aparılan diskussiyalarda da çıxışlar etmiş, Azərbaycan oxucusu və tədqiqatçısının rus dili, ədəbiyyatı və mədəniyyətinə, Tolstoy və Dostoyevski kimi dahi rus yazıçılarının ədəbi irsinə fərqli yanaşma tərzini motivləşdirən cəhətləri açıqlamış, müasir rus və Azərbaycan romanında tarixə müraciəti şərtləndirən səbəblərə toxunmuşdur. Bu fikirlər dəyirmi masalarda iştirak edən «Znamya» jurnalının baş redaktorunun müavini Natalya İvanova, ukraynalı naşir, «Renessans» jurnalının baş redaktoru Viktor Şlapak, ən müasir rus ədəbiyyatını təmsil edən nasir Aleksey Varlamov, şair-tərcüməçi Vyaçeslav Kupriyanov, «Dostoyevski fondu»nun prezidenti akademik İqor Volqin, Almaniyadan gəlmiş məşhur rusist, «Narratologiya» kitabının müəllifi Volf Şmid və başqaları tərəfindən maraqla qarşılanmaqla bərabər, ədəbiyyatımızın tədqiqi, tərcüməsi, nəşri və təbliği, ədəbi əlaqələrin davam etdirilməsi istiqamətində konkret fikirlər söylənildi, müştərək ədəbi və tərcümə layihələrinin həyata keçirilməsinin vacibliyi vurğulandı.
MDB və Baltiya ölkələri alimlərinin simpoziumda iştirakı MDB Dövlətləri-İştirakçılarının Humanitar Əməkdaşlığı üzrə Dövlətlərarası Fondun maliyyə dəstəyi hesabına mümkün olmuşdur.
_______________________________ . |
|
|