Filologiya elmləri namizədi, 1986-cı ildə
M.F.Axundov adına APRDƏİ-ni (indiki Bakı Slavyan Universitetini)
fərqlənmə diplomu ilə bitirmişdir. Bakı Slavyan Universitetinin
rus ədəbiyyatı tarixi kafedrasının dosenti, Humanitar liseyin
rus dili və ədəbiyyatı metodbirləşməsinin sədridir. Təhsil
rus dilində olan Azərbaycan məktəbləri üçün «Ədəbiyyat» proqramlarının
tərtibçilərindən, 7-8-ci siniflər üçün «Ədəbiyyat» dərsliklərinin
həmmüəlliflərindəndir. Ali məktəb tələbələri üçün «XX əsr
rus ədəbiyyatı» dərsliyinin həmmüəlliflərindən biri və «M.Bulqakovun
yaradıcılığı» dərs vəsaitinin , “Russkiye perevodı pyes Q.Cavida”
monoqrafiyasının müəllifidir. «Humanitar elmlərin öyrənilməsinin
aktual problemləri» ali məktəblərarası elmi məcmuənin redaksiya
heyətinin üzvüdür. 2004-cü ildə Moskva Açıq İnstitutu və Moskva
Dövlət Pedaqoji Universitetində bir aylıq ixtisasartırma kursu
keçmişdir. 2008-ci ildə Mockvada keçirilən Beynəlxalq Rus
dili olimpiadasında Azərbaycan komandasına rəhbərlik etmişdir.
50-dən çox elmi, elmi-metodiki məqalənin müəllifidir. Təhsil
Nazirliyinin keçirdiyi sınaq imtahanları üçün testlərin tərtibində
fəal iştirak edir.