BSU Məktəb-Lisey Kompleksinin direktoru, Pedaqoji fakültənin Rus ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının professoru.
1985-ci ildə M. F. Axundov ad. APRDƏİ-ni (indiki Bakı Slavyan Universiteti) fərqlənmə diplomu ilə bitirmiş, tələbə mübadiləsi xətti ilə 1983-1984-cü dərs ilində Həştərxan Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil almışdır.
1991-ci ildən bu günədək kafedranın laborantı, baş laborantı, müəllimi, dosenti və professoru vəzifələrində çalışmışdır, eyni zamanda Universitetin nəzdində fəaliyyət göstərən kompleksin (1996-cı ildən «Turan» liseyi, 2000-ci ildən «Humanitar lisey» adları altında) direktorudur, 1993-cü ildə yaradılmış və bu gün də öz fəaliyyətini davam etdirən «Mütərcim» Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzinin təsisçisidir.
2004-cü ilin aprel ayında «Qədim rus ədəbiyyatında slavyan-türk əlaqələri» mövzusunda doktorluq dissertasiyası (Dünya ədəbiyyatı (Rus) – 10.01.02) müdafiə etmişdir.
İsmayılov Ənvər Üzeyir oğlu (tədris işləri üzrə direktor müavini)
1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsini bitirib. Qərbi Azərbaycanda 10 il fizika müəllimi və 4 il rayon təhsil şöbəsində metodist kimi çalışıb. 1989-cu ildən Nəsimi rayonunun 240, 266 və 15 № li məktəblərində müəllim kimi fəaliyyət göstərib. Hal-hazırda BSU Məktəb-Lisey Kompleksində təlim-tərbiyə işləri üzrə direktor müavini işləyir.
Bəxtiyarova Yeganə Hətəm qızı (direktor müavini)
2005-ci ildə BSU-nun filologiya fakültəsini, 2008-ci ildə isə Bakı Slavyan Universitetinin ümumi dilçilik ixtisası üzrə magistratura şöbəsini bitirmişdir. 2005-ci ildən BSU Məktəb-Lisey kompleksində Azərbaycan dili və ədəbiyyat müəllimi, 2009-2010-cu tədris ilindən isə təmayül işləri üzrə direktor müavini vəzifəsində işləyir.
E-mail: yeganebextiyarova@yahoo.com
Şirməhəmmədova İradə Məclum qızı (təmaül işləri üzrə direktor müavini)
1987-ci ildə M.F.Axundov adına APRDƏİ-nu bitirmişdir. 1998-2009-ci illərdə BSU Humanitar liseyində direktor müavini işləmişdir. BSU- nun rus dili və ədəbiyyatı kafedrasının dissertantıdır. “Rus dili dərslərində ölkəşünaslıq materiallarından istifadə” mövzusu üzərində işləyir. Təhsil Nazirliyinin xətti ilə keçirilən mərkəzləşdirilmiş imtahanlarda imtahan rəhbəri kimi fəal iştirak edir.
Naibə
Kərimova (təşkilatı işlər üzrə direktor müavini)
1997-ci ildə M.F.Axundov adına APRDƏİ-ni fərqlənmə diplomu ilə bitirmişdir. 1997-ci ildən BSU Məktəb-Lisey kompleksində işləyir. AMEA-nın Ədəbiyyat institunun aspirantıdır. ”Dünya ədəbiyyatında Məhəmməd Peyğəmbər obrazı (Vaşinqton İrvinqin “Məhəmmədin həyatı” əsəri əsasında)” mövzusunda iş üzərində çalışır. Təhsil Nazirliyi və Azərbaycan Respublikasında Rusiya Federasiyası Səfirliyinin 2010-cu ildə keçirdiyi “İlin ən yaxşı rus dili müəllimi” müsabiqəsinin qalibidir. E-mail: naibakarim@rambler.ru
Əhmədova Zülfiyyə İdris qızı (direktor müavini)
1997-ci ildə .M. F. Axundov adına APRDƏİ-nu bitirmişdir. Tədris kurslarının rəhbəri, tədris işləri üzrə direktor müavini, Rus bölməsində Azərbaycan dili, Azərbaycan bölməsində HBƏT fənnini tədris edir. Kompleksdə test-sınaq imtahanlarının keçirilməsinə məsul şəxsdir.
İlhamə
Xəlilova (Fərzəliyeva) (psixoloq)
1988-ci ildə M.F.Axundov adına APRDƏİ-nu fərqlənmə diplomu ilə bitirmiş, həmin ildən pedaqoji fəaliyyətə başlamışdır. 2004-cü ildə Bakı Slavyan Universitetinin İxtisasartırma və Yenidənhazırlanma fakültəsində məktəb psixoloqu ixtisasına yiyələnmişdir. 2003-cü ildən BSU Humanitar liseyində psixoloq vəzifəsində işləyir.