Məmmədov
Akif Güləli oğlu
Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri
1975-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərərək, orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası almışdır. 1975-1981-ci illərdə Puşkin (indiki Biləsuvar) rayonunda, 1981-1991-ci illərdə Respublika internat-məktəbində ixtisası üzrə işləmişdir. 1991-1992-ci illərdə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda(İndi Təhsil Problemləri İnstitutu) professor Əziz Əfəndizadənin rəhbərlik etdiyi Azərbaycan dilinin tədrisi şöbəsində baş elmi işçı kimi çalışmışdır. 1991-ci ildən 2007-ci ilə kimi Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalında şöbə müdiri vəzifəsində işləmişdir.
1987-ci ildə professor Bəşir Əhmədovun rəhbərliyi altında “Orfoqrafiya təlimində etimoloji təhlildən istıfadə (V-VIII siniflərin materialları əsasında)” adlı dissertasiya müdafiə edərək Azərbaycan dilinin tədrisi metodikası üzrə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.
1991-1994-cü illərdə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (indiki Təhsil Problemləri İnstitutu) ixtisaslaşmış müdafıə şurasının üzvü olmuşdur.
1996-1998-ci illərdə “Mütərcim” jurnalında məsul katib və redaktor vəzifələrində çalışmışdır.
1996-cı ildən indiyə kimi “Turan” humanitar liseyində (indi BSUnun Məktəb-Lisey Kompleksi) direktor müavini, Azərbaycan dili və ədəbiyyat müəllimi, fənn metodbirləşməsinin sədri və metodist kimi fəaliyyət göstərmişdir.
2009-cu ildən BSU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının (indiki Müasir Azərbaycan dili)dosentidir.
Aşağıdakı kiitabların və elmi, elmi-metodik məqalələrin müəllifidir: Kitabları:
1. Orfoqrafiya təlimində etimoloji təhlildən istifadənin yolları (metodik tövsiyə) – Bakı, 1986
2. Y-XI siniflərdə Azərbaycan dilindən proqram materiallarının bölgüsü – Bakı, 1993
3. Azərbaycan dili və ədəbiyyatdan testlər- Bakı, 1996
4. Azərbaycan dili (Ümumtəhsil məktəblərini Azərbaycan dilində bitirmiş ali məktəb tələbələri üçün eksperimental dərslik), I kitab, 1997 (kollektivlə)
5. Azərbaycan dili, ali məktəb tələbələri üçün dərslik, 2005 (kollektivlə)
6. X sinifdə Azərbaycan dilinin tədrisi (metodik tövsiyə), Bakı – 2012
Əsas jurnal məqalələri:
1. “Törəmə sadə sözlər haqqında” (“Azərbaycan dili və ədəbiyyat tədrisi”, 1980, №4)
2. “Düzgün yazı təlmində etimoloji təhlildən istifadə” (“Azərbaycan dili və ədəbiyyat tədrisi”, 1981, №4)
3. “Etimoloji təhlil linqvistik təhlilin növlərindən biri kimi” (“Azərbaycan dili və ədəbiyyat tədrisi”, 1983, №2)
4. “Şagirdlərdə orfoqrafik normaların tarixiliyinə dair təsəvvürlərin formalaşdırılmasına dair” (“Azərbaycan dili və ədəbiyyat tədrisi”, 1984, №3)
5. “Etomoloji xarakterli səhvlər və onların aradan qaldırılması yolları” (“Azərbaycan dili və ədəbiyyat tədrisi”, 1986, №1)
6. “Məktəblinin etimoloji lüğəti” (“Ana sözü”, 1991, №4-6)
7. “Problemləri birgə həll etmək lazımdır” (“Ana sözü”, 1991, №9-10)
8. “Problemlər, vəzifələr. . . ” (“Ana sözü”, 1991, №11-12)
9. “Suallar və cavablar” (“Ana sözü”, 1992, №1-2)
10. “Müəllimin əsas silahı” (“Ana sözü”, 1992, №3-4)
11. “Günahkar kimdir? Və ya dilimizi niyə öyrədə bilmirik?” (“Ana sözü”, 1993, №1-6)
12. “Dərslər, müşahidələr, mülahizələr” (“Ana sözü”, 1991, №7-8)
13. “Qiymət normaları bu günün gözü ilə” (“Ana sözü”, 1995, №1-6)
14. “Test. . . test. . . test” (“Ana sözü”, 1995, №1-6)
15“Qoy məktəbli mübahisə mədəniyyətinə yiyələnsin” (“Ana sözü”, 1996, №2)
16. “Dərslikərdə leksik və qrammatik şəkilçilərin sərhədinə dair” (“Ana sözü”, 1996, №4)
17. “Nitq hissəsi ilə söz arasında bərabərlik işarəsi qoymaq olarmı? Və ya şagirdi çaşdıran nədir?” (“Ana sözü”, 1996, №4)
18. “Öyrədən və düşündürən dərslik” (“Ana sözü”, 1996, №5)
19. “Günahkar təkcə metod deyil” (“Azərbaycan məktəbi”, 1996, №5-6)
20. “Dərs. . . 45 dəqiqəli aləm” (“Ana sözü”, 1996, №5-6)
21. “İstəyirəm sübut edəm ki. . . ” (“Ana sözü”, 1996, №5-6)
22. “Ürəkdən su içən əsər” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 1997, №1)
23. “Qoşma idarə edirmi?” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 1997, № 2)
24. “Dilin və ədəbiyyatın inkişafı tərcüməsiz mümkün deyil” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 1997, №3)
25. “Müəllim üçün etibarlı bələdçi” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 1997, №3)
26. “Ədəbiyyat testlərdə” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 1998, №1)
27. “Müəllim ömründən yarpaqlar” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 1998, №2)
28. “Suallara cavab” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 1998, №2)
29. “Qrammatik sual təlimdə vasitə kimi” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 1998, № 3)
30. “Məllim nəyə istinad etməlidir?” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 1998, №4)
31. “Sintaktik təhlildə bəzi məqamlar” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 1999, №2)
32. “Suallara cavab” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 1999, №3)
33. “Yeni qiymət sistemi: ilk addımlar” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 1999, №3)
34. “Müəllim xalqın mənəvi sərvətidir” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 1999, №3)
35. “Orta ümumtəhsil məktəblərinin V-XI siniflərində Azərbaycan dilindən proqram materiallarının təxmini planlaşdırılması” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 1999, №4)
36. “Suallara cavab” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2000, №3)
37. “Bədiiliyin fonetik səviyyədə ifadəsi” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2000, №3)
38. “Suallara cavab” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2000, №4)
39. “Suallara cavab” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2001, №1)
40. “Bir dərsdən öyrəndiklərimiz” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2001, №1)
41. “Bir dərsin uğuru” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2001, №3)
42. “APİ-nin filologiya fakültəsinin dekanı H. Balıyevlə müsahibə” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2001, №4)
43. “Axtardığımız və tapdığımız suallar” (“Mütərcim”, 2001, №3-4)
44. “Kədərə köklənmiş qələm” (“Mütərcim”, 2001, №3-4)
45. “Suallara cavab” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2002, № 1)
46. “Azərbaycan dili dərslərində interaktiv təlim metodları” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2002, №2)
47. “Müasir dərs ciddi hazırlıq tələb edir” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2002, №3)
48. “Suallara cavab” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2002, №3)
49. “Şərəfli yolun yolçusu” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2002, №4)
50. “Qəbul komissiyasının testlərində bəzi sintaktik məsələlər” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2003, №1)
51. ”Yeni dərsliklər və “yeniliklər” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2004, №1)
52. ”Zəhmətlə yoğrulmuş müəllim ömrü” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2004, №1)
53. ”Suallara cavab” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2004, №3)
54. ”Həqiqəti danmaq – bu, elmdə yenilik etmək deyil” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2004, №4)
55. ”Suallara cavab” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2005, №1)
56. “Ümumtəhsil məktəblərinin Y-XI sinif şagirdləri üçün Azərbaycan dilindən proqram materiallarının təxmini planlaşdırılması” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2005, №3)
57. ”Qəlbinin hərarəti ilə ətrafa nur çiləyən insan” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2006, №2)
58. ”Yeni qəbul proqramı: Azərbaycan dili” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2007, № 1)
59. ”Rus bölmələrində Azərbaycan dilindən qəbul proqramı” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2007, №2)
60. ”Orfoqrafiya lüğəti: uğurlar, ziddiyyətli məqamlar” (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2008, №1)
61. ”Azərbaycan dili dərslərində yeni təlim texnologiyalarından istifadə” (“BSU-nun elmi əsərləri. Dil və ədəbiyyat seriyası”, 2009, №1)
62. ”Orfoqrafiya lüğəti: uğurlar, ziddiyyətli məqamlar” (“Mütərcim” ədəbi, elmi, tərcümə jurnalı, 2010, №1, səh. 189-191)
63. ”Fonetik bilik və bacarıqların tədrisi metodikası” (“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri”, Bakı, 2010, №2, səh. 263 - 269)
64. “X sinifdə Azərbaycan dilinin tədrisi. I məqalə”. (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2010, №1, səh. 31-42)
65. “X sinifdə Azərbaycan dilinin tədrisi. II məqalə”. (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2010, № 2, səh. 38-46)
66. “X sinifdə Azərbaycan dilinin tədrisi. III məqalə”. (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2010, № 3, səh. 40-49)
67. “X sinifdə Azərbaycan dilinin tədrisi. IV məqalə”. (“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 2011, № 1, səh. 17-24